Arxiv
5 Avqust 2019, 15:43 | HADİSƏ
Keçmiş nazirdən deputata ŞOK İTTİHAM - Milli Məclisə, YAP-a ŞİKAYƏT ETDİ

Keçmiş maliyyə naziri Saleh Məmmədov Milli Məclisin deputatı Fazil Mustafanı ittiham edib. Modern.az saytının məlumatına görə, professor Saleh Məmmədov hər gün Fazil Mustafanın yazılarını  izlədiyini və onun antimilli çıxışları üzrə bir hesabat hazırlayıb parlamentə təqdim etməyi, bütöv Azərbaycan ictimaiyyətinə müraciət ünvanlamağı düşündüyünü bildirib:

“Bu məqamda millət vəkili, tarix elmləri doktoru, professor Fəzail Ağamalının mətbuat vasitələrində və sosial şəbəkələrdə kəskin və haqlı düşüncələrini oxudum: Fazil Mustafanın Şah İsmail Xətai haqqında söylədiyi yanlış fikirlər əsaslı arqumentlərlə inkar olunurdu. Bundan sonra mənə elə gəldi ki, Fazil Mustafa səhvini başa düşər və kəskin antiAzərbaycan təbliğatını heç olmasa bir az səngidər. Çox təəssüf edirəm, bu da olmadı, Fazil Mustafa fəaliyyətini daha da genişləndirmək iddiasında olduğunu bəyan etdi, həm də onun bu fikirlərinə qarşı çıxan digər tarixçi alimlərə, ictimai xadimlərə, yazarlara daha kəskin ifadələrlə hücuma keçdi”.

Saleh Məmmədovun sözlərinə görə, Fazil Mustafanın Şah İsmail Xətai haqqında söylədikləri başqa antiAzərbaycan düşüncələri ilə müqayisədə çox yumşaq və az zərərlidi, bu özü də onun Azərbaycan haqqında düşmən tarixçilərinin (erməni, həm də bəzi fars və ərəb tarixçilərinin) konseptual fikirlərinin davamçısı kimi uydurulmuş antimilli konsepsiyasının törəməsidi.

“Azərbaycan tarixinin Fazil Mustafa konsepsiyasının əsasında – ana xətt olaraq tutulan bir yanlış məqam durur: Azərbaycanlılar bu məkanlara Səlcuqlarlarla birlikdə, ikinci minillikdə gəlmişdir. Digər yanlışlıqları, o cümlədən, Xətai haqqında düşüncələri bu səhv düşüncədən doğur”.


Saleh Məmmədov Azərbaycan tarixinə Fazil Mustafa baxışlarının konkret (yanlış) təzahür istiqamətləri də göstərib:

“1. Fazil Mustafa qətiyyətlə ictimaiyyətin beyninə yeritmək istəyir ki, Azərbaycan xalqı köçəridi, bu torpaqlara Səlcuqlarla bərabər gəlmişdir. Babək Xürrəminin Azərbaycana aidiyyatı yoxdu, ya farsdı, ya kürddü, o islama qarşı vuruşmayıb və s. Mən ermənilərlə tanış olan vaxtdan etibarən əksəriyyət ermənilərdən eşitdiyim, duyduğum və mübarizə apardığım fikirlərdi, həmişə də faktlar qarşısında ermənilər aciz qalmışlar. Bu baxış tərzi yalnız Fazil Mustafa və ermənilərdə deyil, həmçinin Fazil Mustafanın dinini qəbul etdiyi ərəblərin və farsların da əksəriyyət tədqiqatçılarında olmuşdur. Amma həm erməni, həm əksəriyyət müsəlman tarixçilərinin sübut edə bilmədiyini Fazil Mustafa 5-10 ilə Azərbaycan dövləti adından (millətin vəkili kimi) isbat etməyə çalışır. Mən tarixçi deyiləm, amma məntiq var, elmi faktlar var, bu faktları ortaya çıxaran qeyri-azərbaycanlı dərin biliyə və obyektivl düşüncə tərzinə sahib yəhudi, Avropa, Amerika alimləri var, bunları nə Fazil Mustafa, nə də başqa Azərbaycan mollaları inkar edə bilməz. Elmi faktlar isə (dünya alimlərinin) sübut edir ki, bizim xalq bu torpaqlara ən azı 7-10 min il əvvəl yerləşmişdir. Bunu Azərbaycan xalqının gen təhlilləri, həyat tərzi, qeyri-müsəlman və qeyri-erməni tarixçiləri sübut edir. Necə ola bilər ki, biz öz tariximizi düzgün işıqlandıran görkəmli dünya alimlərinə qarşı çıxırıq? Ölkədə 10-15 milyon dollarlıq bir gen laboratoriyası ilə bu məsələni tam dəqiqliyi ilə müəyyənləşdirmək mümkün olduğu halda Fazil Mustafa üzvü olduğu parlamentdə məsələni qaldırmaq əvəzinə, tarixi öz bildiyi və düşmən ölkənin tarixçilərinin dediyi kimi saxtalaşdırmaq yolunu tutur.

2. Fazil Mustafa isbat etməyə çalışır ki, azərbaycanlıların ilk dövləti 1918-ci ildə yaranmışdır. Belə cahil fikir heç vaxt bağışlanıla bilməz, dünya tarixçiləri bu bölgələrdə yaradılan ən qədim dövlətləri bu xalqla əlaqələndirirlər, amma özümüz inkar edirik. Hətta bir çox erməni və müsəlman tarixçiləri də bu tatamilə yanlış və saxta fikirlərə etiraz edir. On minillik yerləşmə tarixi olan olan böyük bir millətin, toplumun heç bir dövlətinin olmaması fikiri tamamilə absurddu, yəni belə bir analogiya olmayıb. Bu absurd fikir də birinci yanlış fikirdən doğur, əgər müəllif bu xalqın yerləşmə tarixinin 7-10 min ildən az olmadığını anlasaydı, ilk dövlətinin də 1918-ci ildə olmasını iddia etməzdi. Ümumiyyətlə, bir faktı dərk etmək lazımdı: İşğalçı və ərazi iddialı millətlərin tarixçilərindən obyektiv baxış gözləmək tamamilə məntiqdən uzaqdır. Müsəlman ərəb-fars və kommunist rus (erməni qarışıq) Azərbaycanda işğalçılar olmuşlar, bu ölkələrin tarixçilərindən (təsadüflər istisna olmaqla) düzgün fikir görünməmişdir. Amma Azərbaycanda tarix elminin olduqca zəif olduğuna görə ən çox istinad edilən ərəb-fars tarixçiləridi, bəzən də rus kommunist tarixçləri: eyni xəstəliyi Fazil Mustafanın tədqiqatlarında sezmək olar, onun elmi psixologiyası da bu antiazərbaycan tarixçilərinin ideoloji təsiri altında formalaşmışdır.

3. Fazil Mustafa deyir ki, Azərbaycan adı özü 20 əsrdə meydana gəlmişdir. İlk baxışdan sadə termin diskussiyası kimi görünən bu fikir də zərərlidir. Bəli, aydındır ki, Azərbaycan xalqı otuza yaxın türkdilli xalqın ikinci ən böyük qrupudu, amma bu xalq millət kimi formalaşmışdı. Azərbaycan böyük əraziləri əhatə edən və bu millətin yaşadığı məkandı və burada yaşyan xalqın adı da bununla bağlıdır. Bu və ya digər tələffüzdə daimi olmuşdur.

4. Şah İsmayıl Xətai haqqında söylədikləri isə qəbahətlərinin içində ən yüngülüdü, amma bu da zərərli və təhlükəlidi... 21-ci əsrdə insanların beynini bölücülüklə, islam, şiə, sünni zəhər ilə qarışdırmaq isə daha bir böyük, zərərli, milləti məhvə sürükləyən düşüncə və fəaliyyət tərzidi. Əslində Azərbaycanın əksəriyyət problemləri Fazil Mustafanın mollalığını etdiyi islam dini və islam işğalı ilə bağlıdır. Savadsızlıq, elmsizlik, zəif inkişaf, antidemokratik düşüncə tərzi, hüquqa hörmətsizlik, gerilik, ərazilərin itirilməsi, maddiçilik, yolsuzluq, istehlakçı xarakter, uzunmüddətli əsarət - bütün bunların tək səbəbi bu gün də islamla izah olunur, Xətainin özünün səhvləri islamla əlaqədar olmuşdur. Bu səhvləri aşkar edib düzəltməyə çalışmaqdansa, sünniliyi qabardaraq şiələrlə üz-üzə qoymaq tamamilə yanlış və zərərlidir. Ya şiəlik, ya sünnilik hər ikisi Azərbaycana öldürücü zərbələr endirməkdə davam edir.
Ümumiyyətlə, mənim qəti fikirim bundan ibarətdir ki, islam zehniyyəti ilə hər hansı idarəçi Azərbaycana gerilik, işğalçılıq, tabeçilik, əsarət psixologiyasından başqa heç nə gətirə bilməz. Hər addımı atanda, illah da deputat, rəhbər seçkiləri və ya təyinatları zamanı bunu nəzərə almaq lazımdır.
Bu siyahanı davam etdirmək olardı, amma belə cəfəng fikirlərin ifşa olunması üçün bu faktlardan biri də yetərlidi”.


S.Məmmədov deyib ki, əgər F.Mustafa millət vəkili olmasaydı, sadə bir vətəndaş kimi mövqeyini bildirsəydi, buna heç kim ciddi reaksiya verməzdi.

“Amma bu adam millət vəkilidi, Azərbaycan xalqı, Azərbaycan dövləti adından bu xalqın ifşasına can atır, bu da qətiyyən yolverilməzdir. Digər tərəfdən, iddialarında cüzi reallığa söykənsəydi, mən şəxsən, susardım. Amma hazırkı vəziyyətdə, heç bir əsası olmayan fikirlə razılaşa bilmərəm və bütün azərbaycanlıları tarixi saxtalaşdırmağa çalışan qüvvələrə qarşı dönməz mübarizəyə çağırıram”.

Saleh Məmmədov Fazil Mustafa ilə bağlı Milli Məclisə müraciət edib:


“1. Azərbaycan parlamentinin üzvlərinə, xüsusilə parlamentin sədri Oqtay Əsədova (F.Mustafa – böyük tədqiqatçı Sabir Əsədovun coğrafi tarix üzrə bütün dəqiq və geniş, arqumentlərlə əsaslandırılmış tədqiqatlarını gobudcasına inkar edir),
2. İqtidar YAP rəhbərlərinə (F.Mustafa YAP-ın qurucusu Heydər Əliyevin bütün tarixi müddəalarını inkar edir),
3. Müxalifət rəhbərlərinə, xüsusilə Xalq Cəbhəsi köynəyindən çıxan partiyalara (F.Mustafa AXC-nin qurucusu Əbülfəz Elçibəyin bütün tarixi fikirlərini inkar edir), 
4. Yazıçılar Birliyinə, xüsusilə F.Mustafa ilə əksəriyyət müzakirələrdə iştirak edən, lakin sadəcə kontur fikir bildirməklə kifayətlənən körkəmli milli xadim Sabir Rüstəmxanlıya,
5. Bütün alimlərə, tarixçilərə, nəyahət Fazil Mustafanın özünə və onun seçicilərinə

müraciət edirəm:

1. Fazil Mustafaya dövlət və ya millət vəkili adından Azərbaycan tarixini saxtalaşdıran fikirlər söyləmək qadağan olunsun.
2. Fazil Mustafanın tarixə dair erməni-fars və ərəb tarixçiləri ilə millət vəkili kimi həmrəylik nümayiş etdirdiyi bütün videoları, yazıları, məqalələri efirdən yığışdırılsın. Bununla diskusiyaları aparan, videoları sosial şəbəkələrdə qoyan, məqalələri dərc edən mətbuat orqanları və Mətbuat Şurası məşğul olmalıdır. Son vaxtlar Fazil Mustafaya ən çox dəstək erməni mətbuatında verilir (sülh yaratmağa, müharibəni yatırtma çalışmalarına görə deyil, məhz bu uydurmalara görə)
3. Fazil Mustafanın özünə və seçicilərinə isə məsələnin araşdırılması və öz vicdanlarının çağırışı ilə qərar qəbul etmək xahiş olunur. Mənim fikirimcə, milli tarixi saxtalaşdırmaq üçün millət vəkili olmağa ehtiyac yoxdur”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51