Arxiv
8 Avqust 2019, 13:01 | REPORTAJ
MDB-də həbs edilən, axtarışa verilən eks-prezidentlər - SİYAHI

Ötən gün Qırğızıstanda xüsusi təyinatlıların eks-prezident Almazbek Atambayevi saxlmaq cəhdi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Gərginliyə səbəb isə eks-prezidentə qarşı cinayət işinin açılması və onun istintaqa gəlməkdən imtina etməsi olub.

 

Keçmiş sovet respublikalarında buna qədər də eks-prezidentlərə qarşı cinayət işləri açılıb. Modern.az bu barədə yazını təqdim edir.

 

Gürcüstan – Zviad Qamsaxurdiya

Ukrayna kimi Gürcüstan da MDB məkanında 2 eks-prezidenti barəsində cinayət işi açılan ölkələrdəndir. 1991-ci il aprelin 14-də Gürcüastanın ilk prezidenti seçilən Zviad Qamsaxurdiyanın hakimiyyəti çox qısa çəkdi. Millətçi və aqressiv siyasəti ilə seçilən syasətçi 1992-ci il yanvarın 6-da hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı.

Ölkəni tərk edərək əvvəlcə Ermənistana, sonra isə Çeçenistana sığınan Qamsaxuriya barəsində milli ədavəti qızışdırmaq, dövlət əmlakının xüsusi ilə böyük miqdarda mənimsəmək, vəzifə səlahiyyətlərindən sui-istifadə və tarixi-memarlıq abidələrinin məhvi maddələri ilə cinayət işi açılmışdı.

1993-cü ilin sentyabarında Gürcüstana qayıdaraq, silahlı mübarizəyə başlayan eks-prezident 1993-cü il dekabrın 31-də Xob rayonunun Dzveli Xibula kəndində ölü tapılmışdı.

 

Azərbaycan - Ayaz Mütəllibov

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov qısa, lakin keçməkeşli prezidentlik illəri yaşayıb. 1992-ci il martın 6-da Xocalı facisəinin yaratdığı məyusluq və etirazlar fonunda prezident postundan istefa vermişdi. 1992-ci il mayın 14-də Ali Sovetin səsverməsi ilə prezident səlahiyyətləri bərpa olunan siyasətçi silahlı müqavimət fonunda mayın 18-də istefa verərək, Azərbaycanın siyasət səhnəsini tərk eedib Moskvaya getmişdi.

1996-cı il aprelin 12-də Azərbaycanın Baş Prokurorluğu Ayaz Mütəllibov barəsində 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı cinayət işi açmışdı. 2002-ci il iyulun 26-da isə eks-prezident 2001-ci ilin payızında Azərbaycanda dövlət çevrilişi planlaşdırmaqda ittiham olunaraq axtarışa verilmişdi.

2011-ci il avqustun 8-də böyük oğlunun dəfnində iştirak etmək üçün Bakıya gəlişinə icazə verilən Ayaz Mütəllibov Moskvaya geri dönsə də, Azərbaycanın hakimiyyətinin “yaşıl işıq” yandırmasından sonra 2012-ci il iyulun 7-də həmişəlik Bakıya dönüb.   

 

Ukrayna – Viktor Yanukoviç

Pyotr Poroşenkonun sələfi Viktor Yanukoviç barədə isə artıq məhkəmə qərarı belə var. 2014-cü ilin fevralında kütləvi etirazlar fonunda prezident postunu tərk edərək, Rusiyaya qaçan Yanukoviç mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunur. 2017-ci ilin iyununda Kiyevin Obolonsk rayon məhkəməsi Viktor Yanukoviçi dövlətə xəyanət maddəsi ilə mühakimə etmişdi. 2019-cu il yanvarın 24-də Obolonsk rayon məhkəməsi Viktor Yanukoviçi dövlətə xəyanət maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum etmişdi.  

Onu dövlətə xəyanət və işğalçı müharibənin aparılmasına vasitəçi olmaqda təqsirli biliblər. Bundan başqa, Viktor Yanukoviçin Meydan hadisələri zamanı nümayişçilərə atəş açmağa göstəriş verməkdə və iri maliyyə vasitələrini mənimsəməkdə günahı sübuta yetirilmiş sayılıb.

 

Ermənistan - Robert Koçaryan  

Ermənistanda da hakimiyyət dəyişikliyi eks-prezidentə qarşı cinayət işinin açılması ilə nəticələnib. Ölkənin ikinci prezidenti Robert Koçaryan 2018-ci il iyulun 28-də həbs olunmuşdu. O, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən Levon Ter-Petrosyan tərəfdarlarına qarşı güc tətbiq etməkdə və bu hadisələr zamanı 10 nəfərin ölümündə ittiham olunurdu. Amma 2 dəfə işə baxan appelasiya məhkəməsi eks-prezident barəsində 1-ci instansiya məhkəməsinin qərarını ləğv edərək, onu azadlığa buraxdı.

Hadisələr 2018-ci ilin dekabrında appelasiya məhkəməsinin onu yenidən həbs etməsi və 2019-cu ilin mayında azadlığa buraxması ilə təkrarlanmışdı. Hazırda yenidən həbsdə olan Robert Koçaryan ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Eks-prezident baş verənləri 2008-ci ildə müxalifətdə olan hazırkı baş nazir Nikol Paşinyanın şəxsi qisası hesab edir.

Koçaryanın işi ilə bağlı Konstitusiya Məhkəməsi iyulun 18-də məsləhət üçün Avropa İnsan Haqları Məhkəməsi və Venesiya Komissiyasına müraciət ünvanlayacaq.

 

Gürcüstan – Mixail Saakaşvili

Gürcüstanın Baş Prokurorluğu 2014-cü ildə eks-prezident Mixail Saakaşviliyə bir neçə maddə ilə cinayət işi açmışdı. Onu 8,8 milyon lari dövlət vəsaitini şəxsi ehtiyaclarına xərcləməkdə, 2007-ci il 7 noyabr aksiyaları zamanı vəzifə səlahiyyətlərini aşmaqda, parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsini və 2006-cı ildə Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvlianinin qətlini sifariş etməkdə ittiham edirlər.

Saakaşvili özündən sonrakı prezident Georgi Marqvelaşvilinin prezident postunda səlahiyyətlərinin icrasına başladığı 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib və hələlik ölkəyə dönməyib.

2016-cı ildə o, Ukrayna prezidentinin müşaviri postuna təyinat almışdı. Həmin ilin noyabrına qədər isə Saakaşvili Odessa vilayətinin qubernatoru səlahiyyətlərini icra edib. Amma əvvəl isti münasibtələri olduğu Pyotr Poroşenko ilə aralarında soyuq küləklərin əsməsinə görə əvəlcə onun vətəndaşlığı ləğv olundu, sonra isə barəsində cinayətkar dəstə yaratmaq ittihamı ilə cinayət işi açıldı.

Gürcüstan məhkəməsi onun barəsində 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Ukraynada isə yeni prezident Vladimir Zelenskinin zamanında Saakaşvili barəsində cinayət işinin icraatı dayandırılmış, vətəndaşlığı bərpa olunmuşdu və o 2019-cu ilin mayında yenidən Ukraynaya geri qayıtmışdı.

 

Ukrayna – Pyotr Poroşenko

Prezident postunu yaxınlarda təslim edən Pyotr Poroşenko barəsində qaldırılmış 12 cinayət işi ilə üzbəüz qalıb. Prokurorluq eks-prezidentin 5 illik rəhbərliyi dövründə dövlət vəzifələrinə təyinatlar zamanı vəzifə səalhiyyətlərindən sui-istifadə etməsini, Kerç boğazında rus gəmiləri ilə insidentə görə dövlətə xəyanətdə, məhkəmə sistemini və “Pryamoy” telekanalını qanunsuz əlinə keçirməkdə, 2016-cı ildə deputat fraksiyalarının yaradılması zamanı sənədlərin saxtalaşdırılmasında ittiham olunur. Poroşenkonu məhkəmə işlərinə kobud müdaxilədə də ittiham edirlər.

Şahid kimi o, 2014-cü ildə Maydan hadisələri zamanı dinc etirazçıların ölümünə görə ifadə verib. “Avropa Həmrəyliyi” partiyasının sədri kimi çıxış edən Poroşenko xalq qarşısında məsuliyyət daşıdığını və təqiblərdən qorxmadığını dilə gətirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM kolleclərə qəbul olmaq istəyənlərə müraciət etdi 21 Sentyabr 2020, 14:48 Ağdaşdan olan hərbi vəzifəlilər təlimlərə yola düşdü - FOTO 21 Sentyabr 2020, 14:42 Abşeronda liftin 5 min manat dəyərində mühərriki oğurlandı 21 Sentyabr 2020, 14:36 Azərbaycan ordusunun əsgəri yaralandı - Prokurorluq cinayət işi açdı 21 Sentyabr 2020, 14:30 İlham Əliyevin xəbərdarlığı Yerevanı QORXUYA SALDI: “Dərhal görüşməyə hazırıq”                  21 Sentyabr 2020, 14:25 Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi”  keçirilir 21 Sentyabr 2020, 14:20 Şəhid hərbçimizin evinin qarşısında izdiham - FOTOLAR   21 Sentyabr 2020, 14:16 Komitə sədri: “1548 məsələ öz həllini tapıb” - FOTO 21 Sentyabr 2020, 14:11 Azyaşlı qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edildi 21 Sentyabr 2020, 14:07 Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq 21 Sentyabr 2020, 14:03 DİN-dən Vəfa Nağınının paylaşımına REAKSİYA 21 Sentyabr 2020, 14:00 Namiq Abdullayev millimizin baş məşqçisi təyin olundu 21 Sentyabr 2020, 13:56 Mətbuat Şurası jurnalistlərə çağırış etdi 21 Sentyabr 2020, 13:50 Hərbçilərin pensiya təyinatı avtomatlaşdırılır - RƏSMİ 21 Sentyabr 2020, 13:45 Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir? 21 Sentyabr 2020, 13:40 Avropa Birliyi Belarusla viza rejimi ləğv edə bilər 21 Sentyabr 2020, 13:36 Əsgər salamı ilə məşhurlaşan uşaq: “Atam məni hərbi məktəbə qoyacaq!” 21 Sentyabr 2020, 13:30 Azərbaycanda saxta peyğəmbər bibisini öldürdü - VİDEO 21 Sentyabr 2020, 13:24 Sabah yağış yağacaq, dolu düşəcək 21 Sentyabr 2020, 13:18 Milli Qəhrəmanlar: “Müharibəyə çağırış çoxdan olmalı idi” 21 Sentyabr 2020, 13:13 Ali məktəblərə qəbulun nəticələri bu tarixdə AÇIQLANACAQ 21 Sentyabr 2020, 13:10 “Ali təhsil haqqında” qanun layihəsi hazırlanır 21 Sentyabr 2020, 13:07 Belarusda daha 442 nəfər saxlanıldı 21 Sentyabr 2020, 13:05 Kolleclərə daxil olanların qeydiyyatı davam edir 21 Sentyabr 2020, 13:00 Deputat Qubanın 3 kəndinə su çəkdi - FOTO 21 Sentyabr 2020, 12:54 “Qapıya yazsınlar ki, “şortiklə girmək qadağandır!” - Şortik qalmaqalına REAKSİYA 21 Sentyabr 2020, 12:48 Şəhid olan hərbçimizin FOTOSU 21 Sentyabr 2020, 12:45 Qida zəhərlənmələrindən necə qorunmalı... 21 Sentyabr 2020, 12:40 Bakıda kişini elektrovoz vuraraq öldürdü 21 Sentyabr 2020, 12:37 Deputatlar səfərbərliyə hazırdımı... 21 Sentyabr 2020, 12:33 Əhliman Əmiraslanov: “Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr möhkəm təməl üzərində qurulub” 21 Sentyabr 2020, 12:30 Qaxda 2 ton narkotik vasitə məhv EDİLDİ 21 Sentyabr 2020, 12:25 Xarici İşlər Nazirliyi şəhid hərbçimizlə bağlı məlumat YAYDI 21 Sentyabr 2020, 12:20 “Funda” tibb mərkəzində vergi müfətişləri ilə MÜBAHİSƏ 21 Sentyabr 2020, 12:15 Prezident Badamdar qəsəbəsi ilə bağlı sərəncam imzaladı 21 Sentyabr 2020, 12:10