Arxiv
8 Avqust 2019, 13:36 | ANALİTİKA
Rusiya sülhməramlıları bölgədə yerləşsəydi, Lələtəpəni azad edə bilərdikmi?” - Politoloq

2008-ci ilin avqust  ayının 8- də Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında müharibə baş vermişdi. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq tarixə düşdü.

 

Modern.az xəbər verir ki,  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  Rusiya- Gürcüstan müharibəsindən danışarkən bunları bildirib:

“Rusiya-Gürcüstan müharibəsindən 11 il keçdi. “İlk atəşi kim açdı” sualı hələ də tərəflər arasında mübahisə predmetidir. Rusiya Gürcüstanı, Gürcüstan Rusiyanı ittiham edir. Rusiyanın iddiası odur ki, Gürcüstan ordusu Rusiyanın Cənubi Osetiyadakı sülhməramlılarına hücum edib. Rusiya bu bəhanə ilə ordusunu hərəkətə gətirdi, tankları Tiflisə istiqamətləndi. Avropa ölkələri, o cümlədən Fransanın fəal vasitəçiliyi ilə müharibə dayandırıldı. Buna baxmayaraq, nəticə Gürcüstanın zərərinə oldu, Rusiya Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdi ”.

 

Politoloq Rusiya sülhməramlılarının Qarabağda münaqişə bölgəsinə yerləşdirilməsinin böyük problem açacağını da söyləyib:

“2008-ci il müharibəsinin başlanma səbəbi və inkişafı “Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilə bilərmi” sualına cavabı da tam çılpaqlığı ilə ortaya qoyur. Biz də Gürcüstan ordusu kimi Dağlıq Qarabağda hansısa hissəni azad etmək istəsəydik Rusiya “sülhməramlılarımıza atəş açıldı” deyib Dağlıq Qarabağın işğalını rəsmiləşdirəcəkdi. Bir anlığa təsəvvür edin ki, Rusiya sülhməramlıları bölgədə yerləşsəydi biz Lələtəpəni azad edə bilərdikmi? Ona görə də münaqişənin həllinin istənilən mərhələsində Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə icazə vermək olmaz. Onlar buralara gəlsələr, bir daha çıxmayacaq və illər uzunu başımıza dərd olacaqlar”.

 

Jalə MEHDİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzlətmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?