Arxiv
17 Avqust 2019, 11:53 | AKTUAL
Kamerun, Nigeriya və Konqonun qadın siyasətçiləri Qarabağ haqda məlumatlandı

Millət vəkili Q.Paşayeva Kamerunun Qadınların səlahiyyətlərinin genişləndirilməsi və Ailə naziri M.T. Abena Ondoa Nee ilə görüşüb.

Modern.az-ın məlumatına görə, millət vəkili Q.Paşayeva Azərbaycanın Kamerun ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artacağına inandığını deyib.

 

Görüş zamanı millət vəkili Qənirə Paşayeva ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, eyni zamanda Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Millət vəkili Qənirə Paşayeva Kamerunun Qadınların səlahiyyətlərinin genişləndirilməsi və Ailə naziri Marie Therese Abena Ondoa neeyə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqu və materialları, həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.

 

İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən Kamerunun Qadınların səlahiyyətlərinin genişləndirilməsi və Ailə naziri Marie Therese Abena Ondoa Nee beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva eyni zamanda Kamerun, Nigeriya və Konqonun qadın millət vəkilləri, siyasətçiləri, QHT rəhbərləri, tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.

Ölkələrimizin qadın millət vəkilləri, siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Kamerun, Nigeriya və Konqonun qadın millət vəkilləri, siyasətçiləri, QHT rəhbərləri, tanınmış təşkilat rəhbərləri və fəal qadınları Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini və edəcəyinə inamlarını xüsusi vurğulayıblar. Görüşlər zamanı millət vəkili Q.Paşayeva onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib.

 

Millət vəkili Qənirə Paşayeva görüşləri zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

 

Kamerun, Nigeriya və Konqonun tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüşməkdən məmnunluğunu bildirən millət vəkili Q.Paşayeva Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Q.Paşayeva Azərbaycanın Kamerun, Nigeriya və Konqo ilə əməkdaşlığa verdiyi önəmdən, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün istiqamətlərdə əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial olduğundan danışıb və onları ölkəmizə dəvət edib.

 

Deputat Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə bağlı da geniş məlumatlar verib. Kamerun, Nigeriya və Konqonun qadın millət vəkilləri, siyasətçiləri, QHT rəhbərləri, tanınmış təşkilat rəhbərləri və fəal qadınları da Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Q.Paşayeva görüşlərdə onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07