Arxiv
17 Avqust 2019, 12:14 | HADİSƏ
MTN eyni silahlarla həm sabiq naziri, həm də jurnalisti şərləyib - Vəkil yeni sirlər açdı - II YAZI

(yazının əvvəli burada)

Saxta ekspertiza arayışı və rəylər

- Müstəntiq Nicat Quliyevin tutulmasını əsaslandırmaq üçün tapançanın odlu silah kimi yararlı olması haqqında 061 saylı 7 avqust 2013-cü il tarixli mütəxəssis rəyindən istifadə edib. Bu tapançalar ilk olaraq Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat Texniki İdarəsinin Kriminalistik tədqiqatlar şöbəsinin mütəxəssisi Əsgərov Mövsüm Qəzənfər oğlu tərəfindən tədqiq edilib və tədqiqatın nəticələrinə dair 061 saylı 7 avqust 2013-cü il tarixli və 062 saylı 8 avqust 2013-cü il tarixli mütəxəssis rəyləri alınıb. Bu rəylərin tapançalara aid hissəslərində qeyd edilir ki, “1337103376”, “1337103518”, “1337103679” və “1337103716” nömrəli tapançaların hamısı keçmiş SSRİ istehsalı olan PM tipli “Makarov” konstruksiyalı tapançalardır.

Mütəxəssis rəyi kifayət etmədiyindən müstəntiq kompleks məhkəmə ballistik və daktiloskopik ekspertiza təyin edib. Ekspertizanın 26 avqust 2013-cü il tarixli 14629/30 saylı rəyində MTN-nin mütəxəssisinin rəyində olduğu kimi, tapançalar zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “Makarov” (“ПM”) konstruksiyalı yivli odlu döyüş silahı kimi təqdim edilib. Ekspert Ruslan Qarayevin bu rəyində tapançaların lülələrinin dəyişdirildiyinə, ötürücünün lövhələrinin yonulduğuna dair heç bir müddəa yoxdur. 

Bu ekspertizadan sonra tapançalar eksperimental atəş açılması və atılmış güllə və gilizlərin qəbul edilmiş qaydalara uyğun DİN-in güllə-giliz kartotekasına yerləşdirilməsi üçün DİN-ə göndərilib. İstintaqa Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən 2020 saylı 4 dekabr 2013-cü il tarixli məktub daxil olubr. Məktubda “1337103376”, “1337103518”, “1337103679” və “1337103716” nömrəli tapançaların təyinatlarının kustar üsulla odlu silaha dəyişdirilmiş Rusiya istehsalı “Makarov MP-371” modelli siqnal tapançaları olduğu göstərilib. (Bu məktub barədə bir qədər sonra).

İstintaq orqanı məcburiyyət qarşısında yenidən ballistik ekspertiza təyin edib və 24 dekabr 2013-cü il tarixli 21388/89 saylı ekspert rəyi alınıb. İkinci ekspertiza “əlavə” ekspertiza adlandırılsa da, qoyulan suallar nöqtə-vergülünə qədər əvvəlki ekspertiza qarşısında qoyulan suallarla eynidir. Əlavə ekspertizanın təyin edilməsi DİN-dən alınmış məktubla əsaslandırılıb. Əslində təkrar olan bu ekspertiza qanunsuz olaraq birinci rəyi verən ekspert Ruslan Qarayevə həvalə edilib. 

24 dekabr 2013-cü il tarixli 21388/89 saylı ekspert rəyində isə Ruslan Qarayev tapançaların MP-371 modelli zavod üsulu ilə hazırlanmış siqnal tapançaları olduğunu qeyd edib. Eyni zamanda ekspert göstərib ki, hər silahın lüləsi 9x18 mm kalibrli patronların atılması üçün daxilində yivlər olan lülə ilə əvəz edildiyindən təyinatları dəyişdirilib və atəş açmaq üçün yararlı odlu silah hesab edilirlər. 

Əlavə ekspertizanın rəyində ekspert əvvəlki tədqiqat zamanı silahda dəyişiklikləri görməməsinin və rəylər arasındakı fərqlərin səbəblərini şərh etməyib. Belə çıxır ki, Daxili İşlər Nazirliyindən silahların siqnal tapançası olduğuna dair məktub daxil olmasaydı, onlar israrla “Makarov” tapançaları kimi sırınaraq qəbul ediləcəkdi.

Rəylər arasındakı fərqi ekspert Ruslan Qarayev müstəntiq tərəfindən dindirilərkən texniki səhv kimi qələmə verib. Bu ifadə barəsində də bir qədər sonra qeydlərim olacaq. Eyni məzmunlu ifadəni Milli Təhlükəsizlik Nazirliyinin Mövsum Əsgərov adlı mütəxəssisi də verib və göstərib ki, tapançaların siqnal tapançaları olduğunu öz rəylərində TEXNİKİ SƏHV olaraq göstərib. 
MP-371 siqnal tapançası yalnız “İjevsk Mexaniki Zavod” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal olunur. Həmin zavod həm də “Makarov” tapançalarını istehsal edir. Bu tapançalar zavod tərəfindən “MP-371 siqnal tapançası” adlandırılır. Tapançanın adının nə əvvəlində, nə sonunda “Makarov” sözü yoxdur, çünki bunlar ayrı-ayrı məhsullardır.
Vəkil Elton Quliyev hətta tapançaların şəklini çəkərək, aydın olması üçün şikayətlərinə əlavə edirdi.


İstintaqı vəkil sparır

İndiyə kimi yazdıqlarımı da, bundan sonra yazaçaqlarımın əksəriyyətini də MTN-in qılıncının dalının da, qabağının da kəsdiyi 2013-2014-cü illərdə vəkil Elton Quliyev yazırdı.

Vaxtı ilə mən dostum mərhum vəkil İsaxan Aşurovla (Allah ona da qəni-qəni rəhmət etsin) birlikdə bir cinayət işi üzrə vəkil idik. Həmin işdə keçən “Makarov” tipli tapança ilə bağlı onu istehsal edən İjevsk Mexaniki Zavoduna məktub yazmışdım və heç gözləmədiyim halda zavod məktubuma əhatəli cavab vermişdi. Elton Quliyev bu işdən və məktubdan məlumatlı idi. Mənə bu barədə dedikdən sonra o da siqnal tapançalarının lüləsini dəyişməklə və ötürücüsünü yonmaqla odlu silaha çevrilməsinin mümkünlüyünü, habelə, tapançanın əmtəə görünüşünə və konstruksiyasının özəlliklərinə aid digər sualları aydınlaşdırmaq məqsədi ilə İjevsk Mexaniki Zavoduunn Baş konstruktorunun müavini cənab D.N.Varlamova həm zavodun [email protected] elektron poçt ünvanına, həm də zavodun yerləşdiyi Rusiya Federasiyası, 426063, İjevsk şəhəri, Promışlennaya keçəsi, 8 ünvana məktub göndərib. Cənab Varlamovun elektron poçtu vasitəsilə göndərdiyi 3 sentyabr 2014-cü il tarixli 1143/158-16 saylı məktubundan aşağıdakılar məlum olur:

- MP-371 siqnal tapançaları yalnız “İjevsk Mexaniki Zavodu” Açıq Səhmdar Cəmiyyətində, özü də 2010-cu ildən başlayaraq istehsal olunur;
- MP-371 siqnal tapançalarının istehsalı başlayan vaxtdan onların istisnasız olaraq hər birinin sürgüsünün sol yan tərəfində «МР-371 КВ Жевело-Н Пистолет сигнальный» zavod nişanı həkk edilir və bu nişan olmadan tapançaların, o cümlədən «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli tapançaların dilerlərə verilməsi mümkün deyil; 
- «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrələrin müxtəlif illərdə istehsal olunmuş tapançalarda təkrarlanması mümkün deyil;
- MP-371 siqnal tapançalarının konstruksiyasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əmri ilə təsdiq olunan kriminalistik tələblərə müvafiq olaraq tapançaların başqa sursata uyğunlaşdırmaq üçün düzəldilməsini istisna edən konstruktor-texniki həllər nəzərdə tutulub.

İstehsalçı zavoddan alınan məlumatlar özü-özlüyündə tapançaların Nicat Quliyevə aid olmadığını birbaşa sübut etməsə də, bütövlükdə ibtidai və məhkəmə araşdırmalarının, o cümlədən həm də aparılan tədqiqatların qərəzli olması barədə birmənalı nəticə çıxarmağa kifayət qədər ciddi əsaslar verir. Elton Quliyev bununla da kifayətlənmir. Siqnal tapançaların hara getməsi ilə maraqlanıb araşdırmasını davam etdirir.

O, İjevsk Mexaniki Zavoduna və RF-də yerləşən digər orqanlara rəsmi sorğu göndərərək,  «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli MP 371 siqnal tapançalarının nə vaxt istehsal edildiyi, nə vaxt və kimə satıldığı barədə məlumat verməyi xahiş edib. 

İjevsk Mexaniki Zavodunun Baş direktorunun Rejim və təhlükəsizlik üzrə müavini cənab V.V.Karlov 161-0331-РиБ №-li 23 may 2014-cü il tarixli cavab məktubunda bildirib ki, «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli МР-371 siqnal tapançalarını İjevsk Müxaniki Zavodu 2013-cü il martın 15-də istehsal edib və onlar 2013-cü il martın 21-də 13СК0138 №-li qutuda Moskva vilayətinin Klimovsk şəhərində yerləşən “Tеmp” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Темп”) satılıb. 

Elton Quliyev rəsmi məktubla “Temp” MMC-yə müraciət edib. Müraciətə Cəmiyyətin Baş direktoru cənab G.L.Lısenkonun imzası ilə 14 iyul 2014-cü il tarixli cavab məktubu alınıb. Cənab Lısenko İjevsk Mexaniki Zavodunun məlumatlarını təsdiq edərək, həqiqətən 26 mart 2013-cü il tarixdə zavoddan «1337103376», «1337103716», «1337103518» və «1337103679» №-li, həmçinin 1042 saylı cinayət işində keçən «1337103410», «1337103467», «1337103547», «1337103673», «1337103699» və «1337103723» №-li tapançaları da olan cəmi 75 ədəd МР-371 siqnal tapançalarının alındığını bildirib. Məktubda eləcə də göstərilib ki, həmin tapançaların hamısı 26 mart 2013-cü il tarixdə 2611 №-li Əmtəə qaiməsi ilə İjevsk şəhərində yerləşən “Kornet” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Корнет”) satılıb.

Bununla kifayətlənməyən Elton Quliyev “Kornet” MMC-yə gedib və ora sorğu təqdim edib. Cəmiyyətin direktoru cənab İ.A.Xayrullin 28 iyul 2014-cü il tarixli 176 saylı cavab məktubunda onun rəhbərlik etdiyi Cəmiyyətdə MP-371 siqnal tapançalarının nömrələrlə uçotunun və tapançaların alıcılarının qeydiyyatının aparılmadığını, bunun Rusiya Federasiyasının Silah haqqında Qanunu ilə tələb olunmadığını bildirib. Bununla belə, cənab Xayrullin tapançaların ambar kitabını təqdim edib və həmin kitabda aparılan qeydlərə görə həqiqətən “Kornet” MMC-yə 2013-cü il martın 26-da 75 ədəd MP-371 siqnal tapançası daxil olub və onların hamısı 2013-cü il 2 aprel tarixində Cəmiyyətin ambarından mağazasına təhvil verilərək satılıb. Quliyev bütün toplanmış sənədləri istintaqa təqdim etsə də, heç bir faydası olmayıb. 


Eyni tapançalardan MTN başqa işdə də istifadə edib


Sabiq nazir Nicat Quliyev və jurnalist Pərviz Həşimli

Diqqətli olan izləyicilər yəqin ki, vəkil Elton Quliyevin sonuncu məktubunda artıq 4 deyil, 10 tapançadan söhbət getdiyini gördülər. Bu təsadüf və ya səhv deyildi. Quliyev rəsmi orqanların ona kömək etməyəcəyini başa düşürdü və istintaqın ilk günlərindən rəsmi və qeyri-rəsmi yollarla silahların əsl sahiblərini tapmağa cəhd göstərirdi. Bu məqsədlə son illərdə məhkəmələrdə silahla bağlı baxılmış onlarla cinayət işi öyrənmişdi. O, Nicat Quliyevə məxsus olduğu iddia edilən silahların mənşəyi ilə əlaqədar əldə etdiyi bəzi məlumatları hələ birinci instansiya məhkəməsinə təqdim etmişdi. Həmin məlumatlardan görünürdü ki, Nicat Quliyevin işi üzrə ibtidai araşdırma aparıldığı dövrdə Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində 1042 saylı başqa bir cinayət işi də araşdırılıb.

Həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində (sədrlik edən - hakim Novruz Kərimov) açıq məhkəmə iclasında baxılıb və artıq iş üzrə hökm çıxarılıb. Bu cinayət işində 6 ədəd tapança keçir. Onların da hamısı MP 371 siqnal tapançalarıdır və iddia edildiyi kimi,  onların lüləsi dəyişdirilərək, ötürücünün kənarları yonulmaqla odlu silahlara çevirilib. Bu tapançaların nömrələri «1337103410», «1337103467», «1337103547», «133710373», «1337103699», «1337103723»-dür. Nicat Quliyevin işindəki MP-371 siqnal tapançalarının nömrələri “1337103376”, “1337103518”, “1337103679” və “1337103716” onlarla ardıcıllıq təşkil edir və tapançaların hamısının eyni partiyadan olduğunu göstərir. Elton Quliyev həmin silahların müqayisəli cədvəlini də sonuncu şikayətinə əlavə etmişdi.

Söhbət jurnalist Pərviz Həşimlinin barəsində olan cinayət işindən gedir. Həmin iş barəsində kifayət qədər məlumatım var, işdə olan sənədlərlə də tanışam. Amma Pərviz bəyin xahişini nəzərə alaraq, bu iş barəsində danışmaları üçün onun vəkillərinə imkan saxlayıram. Hər şeyi mən danışsam, inciyəcəklərini düşünürəm. 

Elton Quliyev kassasiya şikayətini belə tamamlamışdı: “İki müxtəlif cinayət işində keçən silahların eyni vaxtda istehsal olunması, bir partiyaya aid olması, bir yerdə firmadan firmaya, sonra isə istehlakçıya satılması, bir yerdə Azərbaycanda peyda olması, hər iki cinayət işinin bir orqanda araşdırılması və həmin orqanın əməkdaşlarının keçirdikləri tədbirlərin nəticəsi olaraq başlanması, silahların bir qisminin guya İrandan gətirildiyinin iddia edilməsi, digər qisminin isə Nicat Quliyevə sırınması onu göstərir ki, bu silahların hamısı həmin orqanın sərəncamında olub”.

Unutmayaq Elton bəy bunu 14 avqust 2014-cü ildə yazırdı. O vaxt bunu yazmaq CƏSARƏT tələb edirdi, təkcə cəsarətmi...

Qeyd etdiyim kimi Elton Quliyevdən sonra Nicat Quliyevin işi ilə mən məşğul olmağa başladım. Mən əsasən N.Quliyevin şərti də olsa vaxtından əvvəl cəzadan azad olunması prosesləri ilə məşğul olurdum. Birinci dəfə az ağır cinayətə görə məhkum edilmiş, himayəsində həddi-büluğa çatmamış qızı, ağır xəstəlikdən əziyyət çəkən atasının (atası N.Quliyev həbsdə olan vaxt rəhmətə getdi, onu atasının dəfnində iştirak etməyə də buraxmadılar) və yaşlı anasının olduğunu nəzərə almadan Nicat Quliyevə məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulan maksimum 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdi.
Bu müddət 7 avqust 2016-cı ildə başa çatırdı. Bilirsiniz ki, 17 oktyabr 2015-ci ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarıldı. MTN əməkdaşları barəsində cinayət işi başlandı. Zakir Qaralovun əlinə Nicat Quliyevin və Pərviz Həşimlinin işlərini MTN-n üzərinə atmaq üçün əla fürsət düşmüşdü... 


Üçüncü cinayət işi eyni tapançalar

Eldar Mahmudovun işdən azad edilməsi onun qanunsuz əməllərindən əziyyət çəkənlərdən biri kimi Nicat Quliyevdə də azad olunacağına ümid yaratmışdı. Nicat Quliyevin xahişi ilə biz Baş prokurora bir məktub hazırladıq. İndi yazdıqlarımı daha ətraflı və detallı onun diqqətinə çatdırdıq. Ona çatdırdıq ki, ballist ekspert Ruslan Qarayev istintaqda olmadığı və dindirilmədiyi halda müstəntiq onun adından saxta dindirmə protokolu tərtib edib, birinci instansiya məhkəməsi çıxardığı hökmdə saxtakarlığa yol verərək mütəxəssis Mövsüm Əsgərovun, guya məhkəmədə dindirildiyini qeyd edib. Halbuki, o, ümumiyyətlə məhkəmədə olmayıb. Həmin şikayəti Baş prokurora göndərdik və təbii ki, cavab almadıq...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23 Umud Mirzəyev Cenevrədə bəyanat verib 21 Sentyabr 2019, 15:15 İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik etdi 21 Sentyabr 2019, 15:04 Bakı metrosunda HADİSƏ - Qatar TÜSTÜLƏNDİ - Sərnişinlər təxliyə olundu 21 Sentyabr 2019, 14:55 Prezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM 21 Sentyabr 2019, 14:51 “UNEC ikili diplom proqramları” sərgisi keçirildi 21 Sentyabr 2019, 14:45