Arxiv
17 Avqust 2019, 13:54 | AKTUAL
Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var

Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərdarlıq edib.

 

Bu barədə Modern.az-a İdarədən məlumat verilib.

Məlumatda deyilir: "Paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyacanlı xəbər oldu.

Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildi, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa verildi. Baş verən əməlin ictimia təhlükəlilik dərəcəsini nəzərə alaraq, hadisədən nəticə çıxarılmalı, polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyini aktuallaşdırır. Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildir. Elmi ədəbiyyatlarda xeyli istinadlar var.

 

Əmək qabiliyyəti olan, ancaq harda işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə ̶ nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakçılığı müşahidə olunmaqdadır. İyun ayında Sabunçu və Binəqədi rayonlarında valideyn məsuliyyətsizliyi ucbatından 3 yaşlı Z.Bağırovanın, avqustun 15-də 7 yaşlı R.Mirzəyevin, bacısı 6 yaşlı Mələyin oğurlanması ilə təkrarlanan növbəti hadisə polisin bu istiqamətdə tədbirləri nəticəsində müəyyən olunan azyaşlılar məhz dilənçilərdən aşkar olunub.

Baş verən hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, onlara qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində şəhər sakinləri həssas olmalı, onların paytaxt küçələrində saxta göz yaşları ilə əl açıb dilənmələrinə inanmasınlar, şikəst, xəstə, köməyə möhtac imitasiyalarına məhəl qoymasınlar. Onlar ac, köməyə möhtac olduğu üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu, onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir.

 

Konkret faktları sadalamadan diqqətə çatdırırıq ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər. Hətta müşahidə olunur ki, dilənçilər küçə ticarəti adı altında əhalinin sıx olduğu yerlərdə, məhəllələrdə dolaşaraq, kilidi bağlamağı unudulan yaşayış yerlərinə daxil olmaqla oğurluqlar edirlər, yaxud fala baxaraq insanları çaşdırır, onları duyğuları ilə oynayırlar. Daha peşəkarları insanlara yaxınlaşaraq “nəsə probleminiz var, nəsə gözləntiniz var”, deyə müraciət edir, “kömək” təklif edirlər. Təbiidir ki, cəmiyyətdə hamının nəsə gözləntisi var. “Vəziyyətdən çıxış yolu var” deyib, müxtəlif magik –dini jarqonlarla insanları ələ almaqla onları talayırlar.

Eləcə də onlar sənədsiz və qeydiyyatsız, klassik ənənələrlə doğulan övladlarını digər dilənçilik həyat tərzi keçirən şəxslərə arendaya verir, ödəniş müqabilində qazanc əldə edirlər. Cəmiyyətin azyaşlılara qarşı münasibətdə həssas olduğunu, psixoloji yanaşmanı bilən peşəkar dilənçilər bütün mümkün vasitələrdən istifadə edirlər. Bu barədə əməliyyat yolu ilə polisə daxil olan məlumatlarda vurğulanır ki, azyaşlılarla dilənmək səmərəlidir, bununla onlar gündəlik gəlirlərini daha çox artırırlar. Bayram günlərində isə bu məbləğ üç dəfə artır. Və hamı bilməlidir ki, onlara verilən hər qəpik ayrı-ayrı dilənçi işbazların büdcəsini artırır. Əgər cəmiyyət onlara “nəzir” verməkdən imtina etsə, onların sayının azalmasına təsir etmiş olacaqdır.

 

Qeyd olunanları nəzərə alaraq, ictimaiyyət nümayəndələrini, qeyri-hökümət təşkilatlarını, mətbuatı – qəzet, informasiya saytlarını, televiziyaları, radioları polisin dilənçilərə, dilənçilik həyat tərzi keçirən şəxslərə qarşı mübarizəsində fəal olmağa və cəmiyyəti məlumatdırmağa, polisin mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasına dəstək verməyə çağırırıq".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb 20 Fevral 2020, 07:46 Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50