Modern.az

Deputatın oğluna həbs cəzası kəsildi? – Köməkçisi AÇIQLAMA VERDİ

Deputatın oğluna həbs cəzası kəsildi? – Köməkçisi AÇIQLAMA VERDİ

Aktual

19 Avqust 2019, 16:50

“Deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının tutulması, hətta barəsində 3 aylıq həbs-qəti imkan tədbirinin seçilməsi barədə yayılan xəbərlər yalandır. Onun barəsində heç bir həbs-qəti imkan tədbiri seçilməyib”.

Bunu Modern.az saytına açıqlamasında deputat İqbal Məmmədovun köməkçisi bildirib.

Deputat köməkçisi belə halın olmadığını deyib:

“Mirhəmid Nərimanlı işinin başındadır. Həbs söhbəti yalandır. Bunu sizə əminliklə deyirəm!”

Bu gün səhər yerli media Milli Məclisin deputatı İqbal Məmmədovə məxsus olduğu bildirilən Lerikdəki “Relax” İstirahət Mərkəzində Vergilər Nazirliyi əməkdaşlarının döyülməsi barədə xəbər yayıb. İddia olunub ki, baş verən hadisə nəticəsində, deputatın oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Deputatın özü isə Unikal.org-a açıqlamasında xəbəri təkzib edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır