Modern.az

Sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

Sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

Aktual

19 Avqust 2019, 18:46

Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər. 

 

Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi planlaşdırılıb. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.

Sizə yeni x var
Keçid et
Dəb olan fahişəlik, artan qiymətlər, maaş problemi - İqbal Ağazadəylə Gündəm Masada