Modern.az

Göygöl polisinə yeni rəis təyin olundu  

Göygöl polisinə yeni rəis təyin olundu  

19 Avqust 2019, 19:49

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Göygöl rayonuna yeni rəis təyin edib.

 

Modern.az xəbər verir ki, nazirin əmri ilə rayon Polis şöbəsinin rəisi vəzifəsinə polis polkovniki Müqalib Abdiyev gətirilib.

 

M.Abdiyev Gəncə Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə birinci müavin kimi çalışıb.

 

Qeyd edək ki, buna qədər həmin vəzifədə Mirnemət Mirbabayev çalışıb. O, iki il bu vəzifəni icra edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı