Modern.az

Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək”

Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək”

Ədəbi̇yyat

20 Avqust 2019, 09:04

Evsizlik problemi ilə gündəmə gələn şair Murad Köhnəqalanın bir müddət öncə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətlər nəticəsiz qalmadı.
İctimaiyyət nümayəndələri, ziyalılar, jurnalistlərin də dəstəklədiyi həmin müraciət nəzərə alındı və ölkə başçısı adından Murad Köhnəqalaya mənzil verildi.

Modern.az-ın əməkdaşı Murad Köhnəqala ilə əlaqə saxlayıb, hazırkı durumu barədə soruşub, şair yeni mənzilinə nə vaxt köçəcək?

“Həmin bina ümumilikdə, açıq kitab formasındadı. Binanın bir tərəfindəki bütün mənzillərdə sakinlər, artıq, məskunlaşıb. Mənə mənzil verilən tərəfin isə tikintisi hələlik tam başa çatmayıb. Kənardan görünüş belədi: balkonlar hazırdı, mənzillərin bir çoxunda şüşə pəncərələr salınıb. Ancaq mən bina ilə tanış olmağa gedəndə hələ lift qurulmamışdı. Tikinti kampaniyasının işçisi mənə dedi ki, bina 3-4 aydan sonra hazır olacaq”.

Şairin sözlərinə görə, yeni binadan ona verilən mənzili təmirsiz təhvil alacaq.

“Yəni mənzil dərhal yaşayış üçün yararlı halda olmayacaq. Hər bir sakin kimi mən də mənzili öz şəxsi hesabıma təmir etdirməliyəm”.

Təmir xərclərinə gəlincə, M.Köhnəqala pessimist olmadığını dilə gətirib:

“Mənzilin təmiri barədə hələlik heç nə deyə bilmərəm, çünki özümün maddi durumum buna yetməz. Ancaq pessimist deyiləm, düşünürəm ki, hardansa bir xeyirxah adam çıxıb, bu işdə mənə dəstək olacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir