Arxiv
20 Avqust 2019, 11:53 | PARLAMENT
“Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər”

Avqustun 18-də  Lerikdəki “Relaks” istirahət və turizm mərkəzində  baş verənlərə artıq hüquqi qiymət verilib.

Belə ki, Baş prokurorluq, Daxili İşlər və Vergilər nazirlikləri insidentlə bağlı birgə məlumat yayıb.

Birgə məlumata görə, Vergilər Nazirliyi avqustun 16-da “Relaks” istirahət və turizm mərkəzində vergidənyayınma ehtimalı yüksək olan hallara qarşı vergi nəzarəti tədbirləri həyata keçirmək istəyib. Çünki faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərib.

Ancaq Vergilər Nazirliyiinin əməkdaşları obyektdən döyülərək qovulub. Baş verən hadisələrdə iştirak edən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, deputatın qardaşı oğlu Orxan Nərimanlı və digərləri həbs olunub.

Bu zaman yenə də gündəmə məmur, nazir, deputat övladlarının qanunlara hörmət etməməsi, həvalə olunan vəzifədən sui-istifadəyə yol verməsi gəlir.

Niyə?

Məmur övladları kimə və nəyə arxayındır ki, dövlətin qanunlarını rahat şəkildə çeynəyib keçə biləcəklərini zənn edirlər?

Təbii, “papanın gül balaları” heç də sonuna kimi bu titula sahib ola bilmirlər. Nəticədə yaramaz övladların hərəkətlərini valideynləri çəkməli olur. Həm nüfuzdan düşməklə, həm də sahib olduqları kreslonu itirməklə...

Bəs məmur, deputat kreslosunda əyləşən valideynlərin günahı nədir?

Niyə zamanında övladlarına tərbiyə verməkdə gecikirlər?

Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.

Milli Məclisin deputatı Fəzail Ağamalı mövzu barədə danışarkən  son günlər baş verənlərin böyük təəssüf doğurduğunu xüsusi qeyd edib:

“Baş verənlər  ailənin faciəsi kimi qiymətləndirilməlidir. Həmçinin, bu cür hallar cəmiyyətdə ciddi və xoşagəlməz diskussiyalara, narazılıqlara səbəb olur. Bu baxımdan mən də təəssüflənirəm. Bu cür hallar istisnalardır. Çox arzu edərdik ki, bu istisnalar da olmasın”.

Fəzail Ağamalı harınlamış övladların əməllərindən danışarkən valideynlərin onlara  nəzarət etməsini vacib hal sayıb:

“Hesab edirəm ki, belə hallar hər eydən əvvəl valideynlərin öz övladlarına kifayət qədər nəzarət etməməsi, onu ciddi həyat tərzində yaşamağa alışdırmaması ilə bağlıdır. Əlbəttə, xoşagəlməz vəziyyəti bütün məmurların, deputatlarrın  övladları haqqında demək ədalətsizlik olar. Belə epizodlarla əvvəllər də rastlaşmışıq. Harınlamış bəzi məmur övladları bu cür davranışlara yol veriblər. Bu cür davranışlara yol verməklə, bir çox mətləblərə də aydınlıq gətirirlər. Bu qədər pul hardandır?! Nəyin hesabına qazanıblar? Deməli, dövlətdən, xalqdan oğurlayıblar. Hətta araşdırsanız, görərsiniz ki, bəzi məmur övladları var ki, ölkədə əsgəri xidmətdə olmadan ayrı-ayrı ölkələrdə vətəndaşlıq alaraq, dəbdəbəli həyat sürürlər. Yüksək səviyyəli dövlət məmurunun övladı əsgər həyatı çəkməyibsə, bu ona ən azı dövlət və cəmiyyət qarşısında başıaşağılıq gətirir. Sanki  “hər şey belə olmalıdır” deyə bəzi məmurların heç nə vecinə deyil”.


Deputat bildirib ki, inkişaf etmiş Qərb ölkələrində harınlamış məmur övladlarına rast gəlmək olmur:

“İnkişaf etmiş Qərbi Avropa ölkələrində böyük imkanlara malik olan iş adamlarının, dövlət xadimləriın övladları ilə bağlı belə halların şahidi olmamışıq. Belə hallara mətbuatda da rast gəlməmişəm. Bu cür hallar əsasən müstəqiliyi yeni qazanan dövlətlərdə baş verir. Birdən-birə, əvvəldən deyil, sonradan pul qazanmaq imkanı əldə ediblər. Pul da çox olanda başgicəllənməsi baş verir. Həmin şəxslər pulu idarə etmək imkanlarını itirirlər. Pul onları və ailələrini idarə edir. Ya övladları, ya da həyat yoldaşları xoşagəlməz hərəkətlər edirlər. Bu da cəmiyyətdə böyük narazılıqlar doğurur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07 “Çaylarda zərərli maddələrin miqdarı normadan artıqdı” 18 Sentyabr 2019, 17:03 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu 18 Sentyabr 2019, 16:43 Nazirlik: 250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb   18 Sentyabr 2019, 16:40 “Restoranlarda qiymətlər od tutub yanır” – Araz Əlizadə 18 Sentyabr 2019, 16:34 Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ 18 Sentyabr 2019, 16:24 İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar 18 Sentyabr 2019, 16:18 Deputatdan məktəbli uşaqları olan aztəminatlı ailələrlə bağlı TƏKLİF 18 Sentyabr 2019, 16:15