Modern.az

Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib

Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib

20 Avqust 2019, 12:04

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Modern.az-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi