Modern.az

Putin Makronla Qarabağı müzakirə etdi

Putin Makronla Qarabağı müzakirə etdi

20 Avqust 2019, 17:21

Rusiya prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında görüşün nəticələri açqılanıb. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tərəflər görüş zamanı Qarabağ münaqişəsini də müzakirə ediblər.

“Liderlərin Breqanson qalasında danışıqları çox konstuktiv, məzmunlu və maraqlı keçib. Təkbətək görüşlərin əsas mövzuları “Normandiya dördlüyü” formatında sammitin keçirilməsi, Suriyadakı vəziyyət, Balkan, Dağlıq Qarabağ kimi regional konfliktlər, həmçinin, iqlim dəyişikliyi və Artktika məsələsi olub” – deyə Putinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub