Modern.az

Şüurlu vətəndaşlığın adi tələbi

Şüurlu vətəndaşlığın adi tələbi

21 Avqust 2019, 17:44

Əkbər QOŞALI


Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrinin respublikamıza, xalqımıza, milli-mənəvi dəyərlərimizə qarşı xarici təbliğata və təsirlərə ( -ilk sırada isə siyasi proseslərə və seçkilərə müdaxilələrə) qarşı vahid cəbhədə birləşməsi dünən olduğu kimi bugün də güncəldir! Belə çağırşılar nəinki dışlanmalı, tam tərsinə - alqışlanmalı, tirajlan­malıdır! – YAP sədrinin müavini- İcra katibi Əli Əhmədovun paylaşdığı feysbuk statusu sosial şəbəkələrdə geniş müzakirə olunur. Və yenə müxalifətin bəlli kəsiminə aid “fəallar” məsələnin ma­hiy­yətini təhrif edərək, öz maraqlarına uyğun iddialarla çıxış edir.


Bəs əslində nə baş verir?


Bəzi müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı isti­fadə edilməsi artıq gizli-saxlı bir məsələ deyil. İş o həddə çatıb ki, “siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyalarının vəsiqəsinə yiyələnmək yetərlidir. ( –İde­o­logiya, ali məram-məqsəd… kimlərçünsə “sıfırlanıb”mış məgər…)

Hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması (yaxud bir qədər də “inkişa etdirilmiş” forması) sınaqdan keçirilir. Bunlardan biri və bəlkə də birincilərdən biri olaraq internet televiziyaları götürülür.

Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması olaraq internet tele­viziya­lardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli çıxarlar adına Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaqla təmin edilmiş azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır…


Yəqin yalnız sadəlöhv adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan adamın malik olduğu “resurslar” internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə nə dərəcədə uyğunluq təşkil edir? Edirmi? Qətiyyən yox, yox.


Həmin adamlara gərəyincə maliyyə dəstəyi göstərilmədiyini kim və necə sübut edə bilər? Belələrinin heç sübutetmə kimi bir dərdi varmı ki? – Başlarının gizlədincə, heç yerləri görünmür deyə düşünürlər sanki.


Buyurun: sözügedən TV yiyələrindən birisi yalnız reklamına ayda 10.000,00 dollar (!) pul xərcləyir!

Söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir. Bu iş Azərbaycan müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir.

Ölkənin suverenliyinə, respublikamızın müstəqilliyinə qarşı cıxış edənlərə qəti və layiqli cavab verməli, maraqlı xarici qüvvələr tərəfindən aldadıcı şirnikləndirmə, üstuf-ustuf satınalma, şübhəli maliyyələşdirmə və s. yolu (yolsuzluğu!) ilə müxalifətimizin bəzi səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verilməməlidir! – Bu, siyasi baxışlarından asılı olmayaraq, milli çıxarları hər şeydən üstün tutan bütün partiyalar, bütün şüurlu vətəndaşlarımız üçün keçərlidir!

Tanrı dövlətimizə, xalqımıza, Vətənimizə, düçünən insanımıza zaval verməsin!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir