Arxiv
22 Avqust 2019, 09:43 | AKTUAL
Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ

Ali məktəblərə builki qəbul imtahanlarında 523 bal topayan Mirhüseyn Qənbərov Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasına qəbul olunub. Modern.az onunla  müsahibəni təqdim edir.

 

-         Özün haqqında məlumat verməyini istərdik...

-         Mən, Mirhüseyn Qənbərov Cəlilabad rayon Kazımabad kənd tam orta məktəbini bitirmişəm. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi III ixtisas qrupu üzrə imtahanda iştirak edərək, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuşam.

 

-         Qəbul imtahanı necə keçdi?

-         Azad, sərbəst, rahat idim. Amma hər halda imtahandır, həyəcansız olmur. Daha yüksək uğura nail olmaq arzusunda olsam da, əldə etdiyim nəticə pis olmadı. Birinci dəfə imtahanda iştirak edəndə 427 bal toplamışdım. Daha çox çalışdım, ikinci dəfə imtahan verdim və 523 bal topladım. 

 

-         Yüksək nəticə göstərmək üçün nələr etdin?

-         İmtahana ciddi şəkildə hazırlaşdım. Yüksək bal toplamaq arzusunda idim, sosial şəbəkələrdən istifadə etmədim, gəzintilərə, dostlarla görüşləri az vaxt ayırdım. Çalışmalarımı daha təkmil və sistemli qurdum. Axı, məqsəd uğrunda mübarizə üçün vaxt məhdud idi.

 

-         Başqa universitetlərə daxil olmaq üçün yetərli balın var idi. Maraqlıdır, niyə məhz Azərbaycan İlahiyyat İnstitutunu seçdin...

-         Qeyd edim ki, ilahiyyata böyük marağım var. Bu sahəni daha ətraflı mənimsəmək üçün seçimim Azərbaycan İlahiyyat İnstitutu oldu. Valideynlərimin, ailəmin mənə böyük dəstəyi var idi.

İnstitut yaranandan onun fəaliyyətini izləyirdim. Tələbələr üçün yaradılan şərait, pulsuz təhsil, bütün dinlərin tədris edilməsi, üstəgəl, ilahiyyata olan sevgim bu ali təhsil müəssisəsinə olan marağımı artırdı. Fikrimcə, hər bir ilahiyyatçı bütün dinləri öyrənməli və onların  müqayisəsini aparmağı bacarmalıdır. Məni Azərbaycan İlahiyyat İnstitutuna gətirən də bu arzudur. Əminəm ki, İnstitutda istədiklərimə nail olacam.

 

-         Gələcəyə dair planların?

-         Gələcək planlarıma gəlincə, uğura nail olmaq, öz sahəmin peşəkarı, kamil mütəxəssis kimi yetişmək istəyirəm. Gələcəkdə biliklərimi  daha da gücləndirmək maqsədilə təhsilimi xaricdə davam etdirməklə bağlı planlarım var.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan ordusu Qarabağda itki verdi 22 Yanvar 2020, 01:16 İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda - FOTO 22 Yanvar 2020, 00:56 İnternetdə yeni fırıldaqçılıq aşkarlanıb 22 Yanvar 2020, 00:46 Trampın taleyi həll olunur 22 Yanvar 2020, 00:27 Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı 22 Yanvar 2020, 00:11 ABŞ-da dəhşətli virus aşkarlandı 21 Yanvar 2020, 23:55 Qənirə Paşayeva Tovuzun Dönük Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 23:42 Rusiyada 55 min dollar dəyəri olan nadir zümrüd tapıldı 21 Yanvar 2020, 23:23 Prezident “Naxçıvan” və “Qoşadaş”ın birgə işlənməsinə razılaşdı 21 Yanvar 2020, 23:12 Universitetdə yanğın olmayıb - FHN 21 Yanvar 2020, 22:54 İlham Əliyev AYİB sədri ilə görüşdü 21 Yanvar 2020, 22:37 Şirvanda yaşayan məcburi köçkünlərdən Vüqar Bayramova böyük etimad - FOTO 21 Yanvar 2020, 22:20 Xızıda itkin düşən ana və 3 uşağı tapılıb - FOTO 21 Yanvar 2020, 22:06 Azay Quliyev seçicilərin problemlərini dinlədi - FOTOLAR 21 Yanvar 2020, 21:50 Rusiyada yeni hökumətin tərkibi bəlli olub 21 Yanvar 2020, 21:36 İlham Əliyev Mövlud Çavuşoğlu ilə müzakirə apardı 21 Yanvar 2020, 21:17 Ağalar  Vəliyev seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 21:03 Masazırda "Betonqarışdıran"la "Mercedes" toqquşdu 21 Yanvar 2020, 20:40 Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İqtisadçıdan ETİRAZ 21 Yanvar 2020, 20:19 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14
SORĞU Yeni parlamentdə kimlər olsun?