Modern.az

“Gəncə işi”nə görə tutulanlardan biri azad olundu

“Gəncə işi”nə görə tutulanlardan biri azad olundu

Aktual

23 Avqust 2019, 16:38

Bu gün Bakı Apelliyasiya məhkməsində "Gəncə işi" ilə bağlı növbəti qrupun məhkəmə prosesi yekunlaşıb. Həbs olunanlardan biri - Elvin Əliyev məhkəmə zalından azadlığa buraxılıb.

Modern.az xəbər verir ki. bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

Elvin Əliyev  Gəncə hadisələrinə görə həbs olunan və 6 ildən 9 ilə qədər həbs cəzası almış 7 nəfərdən biridir.

Qərara əsasən, məhkəmə E.Əliyevə 1 il cəza təyin edib, bu müddət də tamam olduğuna görə azadlığa buraxılıb.

Məhkəmə digər 6 nəfərdən üçünün cəzasını 2 ilə, qalan üçününkünü də 5 ilə endirib. Təqsirləndirilən şəxslərə CM-in 220.2 (kütləvi iğtişaşlar) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələriylə verilən ittihamlar həmin maddələrin birinci bəndinə tövsif olunub. Yalnız 315-ci maddə ilə təqsirləndirilənlərə 2, digərlərinə isə 5 il cəza verilib.

Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y. İsmayılzadə 9 il, A. Rüstəmov 8 il, Elvin Əliyev 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir