Arxiv
23 Avqust 2019, 19:00 | AKTUAL
ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!”

"Dünyanın bir çox ölkələrində meşə yanğınları tüğyan edir. Planetin 20 faizini oksigenlə təmin edən Amazon meşələri yanır. Qonşu Rusiyada, Gürcüstanda, Türkiyədə də meşə sahələrində yanğınlar var və heç bir ölkə meşə yanğınlarından sığortalanmayıb. Bəzi ölkələrdə yanğınlara görə fövqəladə vəziyyət elan edilib. Lakin şükürlər olsun ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə geniş miqyaslı yanğınlar baş verməyib. Amma yenə də bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.

 

Onun sözlərinə görə, meşə yanğınlarının səbəbləri ilə bağlı araşdırmalar göstərir ki, yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş veri: “Bununla da dövlətimizin büdcəsinə milyonlarla ziyan dəyir. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində qalmalıdır. Ötən günlərdə Hirkan Milli Parkında və Yardımlı meşələrində baş verən yanğınların qarşısının alınmasında sözün həqiqi mənasında qəhrəmanlıq göstərən, yanğının geniş ərazilərə yayılmasına imkan verməyən hər kəsə, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinə - Rza Xudiyevə, Müsəddiq Əsədova, Seymur Qaraşova, Zahid Rəhimova, Emil Kərimova, Rüstəm Quliyevə, Nail Əbilova, Cabir Babaşova, Şahin Cəfərova və Qabil Nemətova, Lənkəran rayonun Təngivan kəndinin, Lerik rayonunun Bobla və Ancəqəv kəndlərinin, Yardımlı rayonunun Bərcan, Ləziz, Çanaqbulaq, Şıxlar, Porsoba, Alaşar, Buravar kəndlərinin, Masallı rayonunun Züvand, Yelağacı kəndlərinin sakinlərinə, nazirliyimizin əməkdaşlarına bütün təbiətsevərlər adından və Nazirliyimiz adından böyük təşəkkürümüzü bildiririk. Onlar 2 gün ərzində isti havada, gecə-gündüz həyatları bahasına alovun qarşısına çıxıb əsil fədəkarlıq göstərərək yanğını söndürdülər, yayılmağa qoymadılar. İnanın, biz yanğın məsələsindən o qədər narahatıq ki, haradasa baş verən yanğın xəbərini böyük bir fəlakət kimi qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun. Meşələrimizdə yanğınların baş verməməsi üçün hər kəs diqqət göstərsin və oksigen mənbəyimiz olan meşələri var gücü ilə qorusun”.

 

Nazirliyin sözçüsü media nümayəndələrinə də minnətdarlığını bildirib: “Media nümayəndələrinə minnətdarıq ki, hər zaman olduğu kimi meşə yanğınlarına xüsusi diqqətlə yanaşır, yanğın təhlükəsizliyi qaydalarının təbliğ olunmasında nümunə göstərir".

 

“Biz yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkəcəyik, meşəbərpa tədbirləri aparacağıq və bu işə yaxınlıqda yaşayan sakinləri də cəlb edəcəyik ki, meşələrin yanğından qorunmasında və ümumi mühafizəsində bizimlə birgə olsunlar. ETSN əhaliyə müraciət edir: Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!”, - deyə İ.İbrahimova qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16 Prezidentin komandası seçkilərdə  məğlub oldu 23 Fevral 2020, 23:57 "Fənərbağça"nın baş məşqçisi istefa verdi 23 Fevral 2020, 23:40 Azərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİ 23 Fevral 2020, 23:23 ABŞ Qara dənizdə Rusiya ilə qarşılaşdı 23 Fevral 2020, 23:04 İtaliyada koronavirusdan daha bir nəfər ölüb 23 Fevral 2020, 22:43 "Qalatasaray" 21 illik tilsimi qırdı 23 Fevral 2020, 22:21 Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu 23 Fevral 2020, 22:06 Daha bir ölkə İranla sərhədi bağladı - SƏBƏB 23 Fevral 2020, 21:52 Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02