Modern.az

Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video

Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video

Aktual

23 Avqust 2019, 19:10

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

 

Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

 

***

 

Qəbələdəki yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub.

 

Bu barədə Modern.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı