Modern.az

Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar

Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar

24 Avqust 2019, 00:19

Şəkidə toy mərasimində bıçaqlanma olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəki kəndində baş verib.

Toyda iştirak edən İsmayıllı rayon sakini, 48 yaşlı Şükran Qəhrəmanov dava zamanı bıçaq xəsarəti alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onun üzərində cərrahiyə əməliyatı aparılır.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI