Modern.az

"Səbail" I pilləyə yüksəldi

Aktual

24 Avqust 2019, 21:30

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun ilk oyunu keçirilib.

Modern.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan turun ilk oyununda "Sumqayıt" "Səbail"i qəbul edib. Görüş qonaqların 3:0  hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 10-cu dəqiqədə penaltidən Ağabala Ramazanov açıb. 51-ci dəqiqədə isə Şəhiryar Rəhimov fərqlənib. Matçın 69-cu dəqiqəsində Ramazanov dublunu rəsmiləşdirib.

90+5-ci dəqiqədə "Sumqayıt"ın heyətində Əmir Ağayev penaltidən yararlana bilməyib.

Beləliklə, xalını 6-ya çatdıran "Səbail" 1-ci pilləyə yüksəlib. Növbəti sıralardakı "Qarabağ" və "Sumqayıt"ın 3 xalı var.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır