Arxiv
26 Avqust 2019, 12:54 | AKTUAL
Azercell uşaqları və məcburi köçkünləri sevindirdi

 

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə rayonlarında həyata keçirdiyi layihənin son tədibirini avqust ayının 26-da qədim Gəncədə təşkil etməyə qərar verdi. 

 

Modern.az xəbər verir ki, daima sosialyönümlü layihələrə dəstək olan şirkət Gəncə səfəri zamanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi ilə birgə burada yerləşən Gəncə uşaq evinin sakinləri ilə görüşüb. Uşaq evində məskunlaşan 70 uşağa müxtəlif məktəb ləvazimatlarının olduğu çantalar hədiyyə edilib. 

 

Ölkənin lider mobil operatoru Azercell Telekom, həm də öz fəaliyyətində insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş onlarla sosial layihənin təşəbbüskarı olub ki, bu layihələr sırasında “Mobil Göz Klinikası” və “Mobil Diş Klinikası” xüsusi yer tutur. Fəaliyyət göstərdikləri müddət ərzində bu səyyar klinikalar yalnız Bakıda deyil, həm də regionlarda valideyn himayəsindən məhrum uşaqları, qocaları, aztəminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə edib.

 

Bu dəfəki səfərə qoşulan “Mobil Göz” və “Mobil Diş” klinikaları Gəncədə yerləşən SOS Uşaq kəndində  70-dən çox uşağı müayinədən keçirib. Müayinə və ilkin müalicə tədbirlərindən sonra uşaqlara hədiyyələr təqdim edilib. 

 

Səfərin davamında Azercell Telekom və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndə heyəti Gəncə Qaçqın qəsəbəsi, Gəncə Dəmiryol yataqxanası, Neft bazası, Asfalt zavodunun inzibati binasında məskunlaşan Xocalı, Ağdam, Kəlbəcər, Laçın və Şuşadan olan qaçqın və məcburi köçkün ailələrilə görüşüb. Görüş zamanı 800 ailəyə şirkət tərəfindən müxtəlif məişət avadanlıqları hədiyyə edilib.

 

Yüksək texnologiyaların yaratdığı geniş imkanları təqdim edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində məcburi köçkünlərin qəsəbəsində keçirilən tədbirdə müxtəlif innovativ oyunlar, interaktiv əyləncələr yer alıb. Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına Azercell tərəfindən müxtəlif hədiyyələr verilib. Bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayəndələri də qatılıb.

 

Bu gün axşam isə Gəncə şəhərində həyata keçirilən sosial təşəbbüslərdən sonra şəhərin sakinləri və qonarqları Azercell-in təşkil etdiyi rəngarəng əyləncəli proqramdan zövq almaq imkanı qazanacaq.  

 

Əsas hədəfi fəaliyyət göstərdiyi sahədə meydana gələn tendensiya və trendləri hamı üçün əlçatan etmək olan Azercell iyul ayının 30-dan etibarən Naxçıvan, Ordubad, Şərur, Quba, Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Cocuq Mərcanlı kəndində, Mingəçevir, Yevlax, Lənkəran, Qazax, Tovuz, Şəmkir bölgələrində “Rəqəmsal Dünyanı Yarat” layihəsi çərçivəsində keçirilən tədbirlərdə 100 mindən çox insanı bir araya toplayıb.

 

4G şəbəkəsini gücləndirən və genişləndirən Azercell, son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Bu müddət ərzində şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə, həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artıma nail olub. Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı 18 Fevral 2020, 11:20 Avropa azərbaycanlıları Berlində izdihamlı Qarabağ mitinqinə HAZIRLAŞIR 18 Fevral 2020, 11:17 Zərgərlik fəaliyyətilə bağlı İşçi Qrupu yaradılır 18 Fevral 2020, 11:13 Şəffaf fəaliyyət göstərən şəxslərə güzəştlər olunacaq - Mikayıl Cabbarov 18 Fevral 2020, 11:12 Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə dair sənədli film və fotosərgi hazırlanır 18 Fevral 2020, 11:08 Prezident mükafatçısı: BANM ölkədə ən qabaqcıl ali təhsil müəssisələrindən biridir - FOTO 18 Fevral 2020, 11:04 Bakıda yanan evdən qadın meyiti tapıldı 18 Fevral 2020, 10:58 Dövlət Agentliyi "20 Yanvar" dairəsilə bağlı Baş nazirə müraciət etdi  18 Fevral 2020, 10:52 “Sədərək”dəki yanğında xəsarət alan şəxs evə buraxıldı 18 Fevral 2020, 10:46 “Azərişıq”dan villa, otel sahiblərinə XƏBƏRDARLIQ - Adları ictimaiyyətə açıqlanacaq 18 Fevral 2020, 10:40 İcra başçısı köməkçisini işdən çıxardı 18 Fevral 2020, 10:37 Ayaz Salayev: “Space TV çox səviyyəli kanaldır” 18 Fevral 2020, 10:34 "Aqrolizinq"də ciddi nöqsanlar AŞKARLANDI 18 Fevral 2020, 10:28 Bir gündə qəzalarda 2 nəfər öldü 18 Fevral 2020, 10:22 Fərid Şəfiyev: “Cenevrə görüşü son illərin ən gərgin danışıqları idi” 18 Fevral 2020, 10:16 "Sədərək"də 1000 kv metr ərazi yandı - RƏSMİ 18 Fevral 2020, 10:10 Maliyyə Nazirliyi 3 qurumdakı yoxlamaların nəticələrini prokurorluğa göndərdi - RƏSMİ   18 Fevral 2020, 10:04 Övladlığagötürmə ilə bağlı qaydalar DƏYİŞDİRİLDİ   18 Fevral 2020, 09:59 Baş prokurorun müavini Goranboya gedir 18 Fevral 2020, 09:56 Sədərəkdəki yanğın avtobusların hərəkətini məhdudlaşdırdı 18 Fevral 2020, 09:53 Koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən tələbələr evə buraxıldı - RƏSMİ 18 Fevral 2020, 09:48 Dünyanın qəribə dəfn adətləri – ölü ilə rəqs, striptiz, ərləri üçün özlərini yandıran qadınlar… 18 Fevral 2020, 09:42 "Sədərək" Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 18 Fevral 2020, 09:37 General Etibar Mirzəyev yanğın yerində - VİDEO 18 Fevral 2020, 09:36 “Sədərək”dəki yanğından 9 nəfər zəhərləndi, 1-i xəstəxanaya yerləşdirildi - FOTO - VİDEO 18 Fevral 2020, 09:30 19 yaşlı gəlin xaşdan zəhərləndi 18 Fevral 2020, 09:23 Ağcabədidə ağır yol qəzası - Ölən var 18 Fevral 2020, 09:17 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 18 Fevral 2020, 09:16 Orta məktəblərdə summativ qiymətləndirmənin qaydaları DƏYİŞDİRİLDİ 18 Fevral 2020, 09:05 Ağır xəstəliyin asan müalicəsi TAPILDI 18 Fevral 2020, 08:58 Çempionlar Liqasının 1/8 final mərhələsi BAŞLAYIR 18 Fevral 2020, 08:40 Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə çatıb 18 Fevral 2020, 07:56 Parisdə kütləvi etirazlar başladı 18 Fevral 2020, 01:07 Koronavirusu müalicə edən həkim də öldü 18 Fevral 2020, 00:43 Cinayətkar qrupunun silahlıları saxlanılıb 18 Fevral 2020, 00:29