Arxiv
27 Avqust 2019, 08:10 | DİASPOR
Bostonda yaşayan azərbaycanlı qız – Bakıdan Amerikaya gedən yol - FOTOLAR

Amerika Birləşmiş Ştatları azadlıq aşiqlərinin həsəd apardıqları, rahat yaşamaq üçün münasib bildikləri ölkələrdən biridir. Burada bilik və bacarıqların hesabına uğur qazanmaq, xoşbəxt gələcək qurmaq üçün heç bir məhdudiyyətin olmadığını düşünənlər də az deyil. Amma bu da bir həqiqətdir ki, təzə gələn hər bir insan, bu ölkədə həyatını yenidən qurmalı, necə deyərlər, 0-dan başlamalıdır. Bəli, burada qısa zamanda uğur qazanmaq hər adamın hünəri deyil. Bunun üçün əzmkarlıq, böyük iradə, yorulmadan çalışmaq lazım gəlir. Ümumiyyətlə, Amerikada rahat yaşamaq üçün ya çox ağılı olmalısan, ya da ki, çox işləməyi bacarmalısan...

Bu gün sizə ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərində məskunlaşan Xədicə Aşurova haqqında söhbət açmaq istəyirəm.

Deyir ki, ikinci dəfə müraciətdən sonra “Green card” udanda sevincinin həddi-hüdudu yox idi:

“Doğrudur, valideynlərim Amerikaya getməyimə razı deyildilər, amma sonda çətinliklə də olsa onlardan razılıq aldım”...


O, Bakıda dünyaya gəlib. 2011-ci ildə orta təhsilini 100 nömrəli məktəbdə başa vurub. Sonra dörd il Xəzər Universitetinin psixologiya fakültəsində təhsilini davam etdirib. Universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2015-2017-ci illərdə “Parabank”da, 2017-2018-ci illərdə “Sinteks” MMC-də insan resusları üzrə mütəxəssis vəzifəsində çalışıb. 2018-ci ilin aprel ayından Bostonda yaşayır…

…Atası Qulu Aşurov müfəttiş, anası Məlahət xanım isə müəllim işləyir. İbrahim adlı bir qardaşı var. Hazırda Azərbaycan ordusunun əsgəridir…

Xədicə Amerikaya gələndən sonra bir il tam təqaüdlə “Year Up” özəl təhsil müəsissəsində oxuyaraq, maliyyəçi ixtisasına yiyələnib. 2019-cu ilin avqust ayından “JPMorgan Chase & Co.” kooperativ bankında maliyyə hesabatı üzrə mütəxəssis vəzifəsində çalışır…


Arzuları çoxdur. Ən böyük arzusu isə Bostonda yaşayan azərbaycanlıları bir araya gətirməkdən ibarətdir. “Year Up”-da iki dəfə çıxış etsə də, indi də “TEDx” proqramında Azərbaycan-Amerika standartlarını müqaisə edərək, həyatda etməli olduğumuz seçimlər barəsində, qarşılaşdığımız fürsətləri dəyərləndirmək və dəyişikliklərə açıq olmaq haqqında amerikalılara danışmaq istəyir. Səyahət etməyi, mütaliəni çox xoşlayır. İndiyədək bir sıra ölkələrdə olub…


“Sözüm ABŞ-a gəlmək istəyən azərbaycanlı gənclərədir. Heç nədən çəkinməsinlər, gəlsinlər. Amma qazanc məqsədi ilə deyil, xoşbəxt olmaq üçün gəlsinlər”, - Xədicə deyir…


O, Bostona gələndə cəmi 24 yaşı var idi. Gənc bir qızın kapitalizmin amansız qaydalaranın hökm sürdüyü, ucu-bucağı görünməyən, insanları bizdən fərqli düşünən nəhəng bir dövlətdə qısa müddətdə özünü təsdiq etməsi əsl möcüzədir…

Bəli, bu gün ölkəmizi tanımayan, onun mövcud olduğundan xəbərsiz olan əksər amerikalılar vaxt gələcək ki, Xədicə Aşurova kimi soydaşlarımızın səyi, uğurları nəticəsində Azərbaycanın necə gözəl, azərbaycanlıların necə istedadlı, bacarıqlı olduğunu yaxşı biləcəklər…



Elman Eldaroğlu

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05