Modern.az

Müəllimlərin vakant yerlərə qəbulunda coğrafi bölgü əsas götürüləcək

Müəllimlərin vakant yerlərə qəbulunda coğrafi bölgü əsas götürüləcək

Təhsil

30 Avqust 2019, 21:32

"Müəllimlərin müddətli əmək müqaviləsi əsasında işə qəbulu tədris ili ərzində həyata keçiriləcək".

Modern.az  "Trend"ə istinadən xəbər verir ki,  bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib.

Onun sözlərinə görə, oktyabrın əvvəlinə qədər müəllimlərin müddətli əsaslarla işə qəbulu üçün mərkəzləşdirilmiş vakansiya seçimi əsasında turlar həyata keçiriləcək.

Nazirlik rəsmisi qeyd edib ki, mərkəzləşdirilmiş vakansiya seçimi vaxtı müəllimlərin işə qəbulu zamanı coğrafi bölgü prinsipi tətbiq edilmir və hər kəs arzu etdiyi rayonun məktəbini seçə bilər. Oktyabrdan sonra isə vakant yerlərə qəbul zamanı coğrafi bölgü prinsipi əsas götürüləcək və hər bir rayon üzrə qeydiyyatda olan, müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək müvafiq bal toplamış namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla vakant yerlər təklif edilir.

M.Camalzadə bu təcrübənin ötən il də tətbiq edildiyini nəzərə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi