Modern.az

Hansı abituriyentlər dövlət sifarişli yerləri seçə bilməyəcək? - QAYDALAR

Hansı abituriyentlər dövlət sifarişli yerləri seçə bilməyəcək? - QAYDALAR

Təhsil

Bu gün, 13:18

Ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı abituriyentlər üçün müəyyən tələblər və məhdudiyyətlər nəzərdə tutulur. Bu qaydalar dövlət sifarişli yerlərin seçilməsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul və elektron ərizənin təsdiqlənməsi kimi məsələləri əhatə edir.

Modern.az xəbər verir ki, əvvəllər dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişli və ya dövlət hesabına ayrılmış yerləri seçə bilməzlər. Onlar yalnız ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə müsabiqədə iştirak edə bilərlər.

Belə ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də dövlət sifarişli yerləri seçə bilməzlər. Daimi yaşayış icazəsi olan əcnəbilər, eləcə də qanunvericilik və beynəlxalq müqavilələrlə fərqli qayda müəyyən edilən şəxslər istisna təşkil edirlər.

Xüsusi təyinatlı ali təhsil müəssisəsini bitirən abituriyent ilk növbədə həmin ali məktəbin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edir. Yalnız bir xüsusi təyinatlı ali məktəbin ixtisaslarını seçmək mümkündür. Bu ixtisaslar üzrə qəbul olunmayanlara digər ali məktəblərin ixtisasları üzrə ümumi müsabiqədə iştirak etmək imkanı verilir.

Bundan əlavə, abituriyent seçdiyi ixtisasların kodlarını elektron ərizəyə daxil etməli və müəyyən olunan müddətdə təsdiqləməlidir. Ərizəsini təsdiqləməyən şəxs ixtisas seçimini başa çatdırmış hesab olunmur və qəbul müsabiqəsində iştirak edə bilmir.

Məlumat üçün bildirək ki, 2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...