Modern.az

Ali məktəblərə ixtisas seçimi BAŞLADI - YENİLƏNİB

Ali məktəblərə ixtisas seçimi BAŞLADI - YENİLƏNİB

Təhsil

12 Avqust 2026, 15:02

Bu gün saat 15:00-dan universitetlərə qəbul olunmaq üçün ixtisas seçimi başlanıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İxtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2026‑cı il avqustun 12-dən 19 avqust saat 23:59-dək in­ter­­net vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 saylı buraxılışında verilib.
 

***

Bu gün saat 15:00-dan universitetlərə qəbul olunmaq üçün ixtisas seçimi başlanıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ixtisas seçimi 12-19 avqust tarixlərində aparılacaq.

Abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bundan əlavə, //shorturl.at/LYWaO linkində verilmiş tarixlərdə rayon təhsil sektorları və bəzi məktəblərdə DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

Dövlət İmtahan Mərkəzi I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

Kitabçaları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. //abiturient.az/wolt

Kitabçaları elektron versiyasını (PDF formatda) www abiturient.az saytında əldə etmək olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...