Modern.az

Putin həbsdə olan Koçaryanın yubileyini təbrik etdi - Paşinyana MESAJ

Putin həbsdə olan Koçaryanın yubileyini təbrik etdi - Paşinyana MESAJ

Qarabağ

31 Avqust 2019, 13:37

Rusiya prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan eks-prezidenti Robert Koçaryanın 65 illik yubileyini təbrik edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məktubda Putin Koçaryana səbr və iradə arzulayır.

“Hörmətli Robert Sedrakoviç, 65 illik yubileyinizlə bağlı səmimi təbriklərimi qəbul edin”.

 

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

 

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

 

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci ilin iyulun 27-də həbs olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?