Arxiv
3 Sentyabr 2019, 15:48 | MEDİA
Fəridə müəllimənin qəzeti - “Azərbaycan müəllimi”...

Zeynab Kazımova

Bütün müəllim uşaqları kimi, mən də evimizdə qab-qacaq, bər-bəzəkdən daha çox kitab, jurnal, dərgi, kataloq, qəzet gördüm. Hərfləri tanıyandan "yuxarıkı ev" dediyimiz evimizin ikinci mərtəbəsindəki aynabəndin baş tərəfində qoyulmuş nəhəng kitab şkafının bizim evdə ən dəyərli, ən qiymətli guşə olduğunu kiçik yaşlarımdan anladım, ailəmiz üçün ən vacib və böyük dəyərin məhz həmin o şkafda olduğunu hələ uşaqkən sezdim.

Artıq məktəb illəri dövründə günümün çox hissəsi həmin şkafın önündə keçdi. Saatlarla o şkafın qapısı önündə oturub əlimə keçən kitab, qəzet, jurnalları oxuyurdum. Həyatımda qazandığım ən böyük uğurlarımın bir hissəsini də məhz o mütaliələrə də borcluyam desəm, bəlkə də, yanılmaram! Həmin şkafdakılar həm də anama 8 mart günü və digər bayramlarda şagirdləri tərəfindən verilən açıqca və kitablarla dolu idi.

Bir də o şkafdakı xüsusi bir "göz"də anamın qəzet və jurnalları vardı: "Azərbaycan", "Qobustan", "Ədəbiyyat", Elm və həyat", "Ulduz", "Gənclik" və s. jurnallar, gündəlik dövri nəşrlər, nələr...nələr...

O qəzetlərin içərisində bir qəzet və bir jurnal bu günədək mənim üçün o qədər doğma, o qədər əzizidir, o qədər müqəddəsdir ki, sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. Bunlar "Azərbaycan müəllmi" qəzeti və "Azərbaycan qadını" jurnalı idi.

Poçtalyon Məmməd kişi də qışın qarında, yayın istisində, digər qəzetlərlə birgə, məhz bu iki mətbu nəşri xüsusi təqdim edirdi: "Fəridə müəllimənin qəzeti də (və yaxud jurnalı da) gəlib" - deyirdi.

Hər iki mətbu nəşr mənə Anam qədər doğmadır. "Azərbaycan qadını" jurnalını bəlkə də yüz dəfə vərəqləyirdim, hər yazını 5 dəfə oxuyurdum, ordakı imzalara heyranlıqla baxır, yadımda saxlamağa çalışırdım.

"Azərbaycan müəllmi" qəzetindəki yazıları birnəfəsə oxuyub bitirirdim, bəzən hansısa elmi-pedaqoji mövzuda yazını da axiradək oxuyurdum...

2006-cı ildən təhsil sahəsində çalışdığımdan, mənə Anamın yadigarı olan "Azərbaycan müəllimi" qəzeti daha da döğma və yaxın oldu. Bu qəzeti hər dəfə əlimə alıb vərəqləyəndə yenə Məmməd kişinin səsi gəlir qulağıma, gözümün önündən kino lenti kimi bir səhnə keçir. Bu kiçik epizodda yaşlı poçtalyon əlındəki qəzet və jurnal bükümünü uclarına kəpənəkli bant bağlanmış qoşa hörüklü, arıq, qaragöz bir qıza tərəf uzadaraq məhz belə deyir: "Fəridə müəllimənin qəzeti də gəlib"...

85 yaşın mübarək, "Azərbaycan müəllimi"!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan cəbhədə növbəti təxribata əl atdı 1 Aprel 2020, 15:35 “Dünya 12-ci imamın gəlişinə doğru gedir” - Hacı Əbdüldən koronavirus AÇIQLAMASI 1 Aprel 2020, 15:20 Ermənistanda qazın qiyməti 36% bahalaşır 1 Aprel 2020, 15:14 Daha bir ölkədə virusa yoluxanların sayı 100 mini ötdü 1 Aprel 2020, 15:07 Karantin rejimini pozan daha 2 nəfər həbs edildi 1 Aprel 2020, 15:00 Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO 1 Aprel 2020, 14:55 Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT - FOTO 1 Aprel 2020, 14:50 Gəncədə xüsusi karantin rejimi qaydalarına əməl etməyənlərə növbəti dəfə xəbərdarlıq - FOTO 1 Aprel 2020, 14:44 “ASAN xidmət” dən vətəndaşlara #OGünGələcək pozitiv MESAJI 1 Aprel 2020, 14:39 BMT-nin baş katibindən təklif: İqtisadiyyatının 10 faizi həcmində pul çap edilsin 1 Aprel 2020, 14:32 Polis karantin rejimini pozan gözəllik salonu və lombard aşkarladı 1 Aprel 2020, 14:26 Azərbaycanda karantində 4 518 nəfər var - Operativ qərargah 1 Aprel 2020, 14:20 Azərbaycanda koronavirusa yoluxanların sayı 359 çatdı - RƏSMİ 1 Aprel 2020, 14:15 Kapital Bank elektron ticarətlə məşğul olanlara güzəştlər təqdim edir 1 Aprel 2020, 14:12 NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır 1 Aprel 2020, 14:09 Teledərslərin sabahkı cədvəli açıqlanıb   1 Aprel 2020, 14:05 Umayra Tağıyeva yüksək vəzifəyə təyin olundu 1 Aprel 2020, 14:00 Milli Məclisin Aqrar siyasət komitəsinin onlayn iclası keçirilib 1 Aprel 2020, 13:54 Avroviziyanın əvəzinə onlayn konsert veriləcək 1 Aprel 2020, 13:48 Aprel ayında hava necə olacaq? - AYLIQ PROQNOZ 1 Aprel 2020, 13:42 Azərbaycanda ƏDV ləğv edilir 1 Aprel 2020, 13:37 Təhsil Nazirliyi: Dərslərin sentyabrın 15-dək təxirə salınması YALANDIR! 1 Aprel 2020, 13:34 Çeçenistanda koronavirusdan ilk ölən var 1 Aprel 2020, 13:30 Azərbaycanda işığa qoyulan limit artırılır - RƏSMİ 1 Aprel 2020, 13:25 Mərkəzi Bankdan manat açıqlaması: “1 aprel zarafatlarına inanmayın” 1 Aprel 2020, 13:20 Paşinyan “Qarabağ klanı”nın sonuncu nümayəndəsini NEYTRALLAŞDIRDI 1 Aprel 2020, 13:18 Hacıqabulda karantin qaydalarını pozan 15 nəfər cəzalandırıldı - FOTO 1 Aprel 2020, 13:14 Dövlət dili normalarını pozanlar cərimələnəcək 1 Aprel 2020, 13:08 Əlcəklərin üstündə virus daha yaxşı yaşayır 1 Aprel 2020, 13:04 İcra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə etdi 1 Aprel 2020, 12:58 İqtisadiyyat Nazirliyi əhaliyə və sahibkarlığa dəstəyin İSTİQAMƏTLƏRİNİ AÇIQLADI 1 Aprel 2020, 12:57 Pandemiya qadınların yükünü artırıb – BMT 1 Aprel 2020, 12:54 Koronavirusa yoluxanların və ölənlərin sayı daha da ARTDI 1 Aprel 2020, 12:53 Karantin günlərində nə etməli? - Kosmonavtlardan məsləhətlər 1 Aprel 2020, 12:52 "Koronavirus ailədaxili münasibətlər üçün bir tesdir" - Hüquq-müdafiəçisi 1 Aprel 2020, 12:49