Arxiv
10 Sentyabr 2019, 08:08 | ÖLKƏ
Azərbaycanda uzunömürlülərin yaşadığı bölgələr - SİYAHI

Azərbaycanda yaşayan əhalinin müxtəlif yaş kateqoriyaları, o cümlədən uzunömürlülərin sayı ilə bağlı statistika açıqlanıb.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu il yanvar ayının 1-i vəziyyətinə görə ölkə üzrə uzunömürlülər 90 və yuxarı yaşda olanlardır.

DSK rəsmisi qeyd edib ki, ölkə üzrə 50 və yuxarı yaşda əhalinin sayı 2 436 712 nəfərdir:

“Onlardan  1 115 892 nəfərini kişilər, 1 320 820 nəfərini qadınlar təşkil edir. 60 və yuxarı yaşda olanların sayı isə 1 144 508 nəfərdir ki, onlardan 504 873 nəfəri kişilər, 639 635 nəfəri qadınlardır”.


R.Süleymanov həmçinin deyib ki, əhali arasında 70 və yuxarı yaşda olanlar 401 020 nəfərdir:


“Onlardan 162 975 nəfərini kişilər, 238 045 nəfərini qadınlar təşkil edir. 80 və yuxarı yaşda olanlar isə 149 931 nəfərdir ki, onların da 58 826 nəfəri kişilər, 91105 nəfəri qadınlardır”.


Onun sözlərinə görə, 90 və yuxarı yaşda olanlar, yəni uzunömürlülərin sayı hazırda 15 148 nəfər təşkil edir:


“Onlardan 5573 nəfəri kişilər, 9575 nəfəri qadınlardır. Bu rəqəm 2015-ci ildə 10171, 2016-cı ildə 10880, 2017-ci ildə 11820, 2018-ci ildə 12207 nəfər olub. Azərbaycanda uzunömürlülərin çoxu - 2680 nəfəri Bakıda yaşayır. Onların 1262-si kişi, 1418 nəfəri qadındır.


Yaşı 90 və daha yuxarı olan şəxslər Bakıdan sonra əsasən Ağdam, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayırlar. Ağdam rayonunda yaşı 90 və daha yuxarı olan 387 nəfər (119 kişi, 268 qadın), Şəmkir rayonunda 346 nəfər (74 kişi, 272 qadın), Gədəbəy rayonunda 335 nəfər (91 kişi, 244 qadın), Tovuz rayonunda 270 nəfər (82 kişi, 188 qadın) var”.


Şöbə müdiri deyib ki, hazırda Azərbaycanda 100 və yuxarı yaşda yaşayanların sayı 880 nəfərdir:


“Onlardan 257 nəfərini kişilər, 623 nəfərini qadınlar təşkil edir. Bakıda yaşayan 100 və yuxarı yaşda əhalinin 6-sı kişi, 35-i qadındır. Laçın rayonunda (15 nəfər, onlardan kişilər - 2, qadınlar - 13), Babək rayonunda (14 nəfər, onlardan kişilər - 4, qadınlar - 10) və Lənkəran şəhərində (13 nəfər, onlardan kişilər - 5, qadınlar - 8) yaşayır”.

  • Süleymanov qeyd edib ki, 2018-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu göstəricisi ümumi əhali arasında 75,8 yaş, o cümlədən kişilərdə 73,3 qadınlarda isə 78,2 yaş təşkil edib.
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55 Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL 20 Sentyabr 2019, 17:54 Ceyhun Bayramov Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşdü 20 Sentyabr 2019, 17:51 Deputat əsasnamə imzaladı 20 Sentyabr 2019, 17:47 İntizam Komissiyasının katibi deputat vəsiqəsinin girov qoyulmağını QINADI 20 Sentyabr 2019, 17:44 Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM 20 Sentyabr 2019, 17:41 Tacikistan nümayəndə heyəti “AzerGold”da olub 20 Sentyabr 2019, 17:35 Pompeo İlham Əliyevə məktub yazdı 20 Sentyabr 2019, 17:29 İlham Əliyev neftçiləri təbrik etdi 20 Sentyabr 2019, 17:25 Firudin Qurbanov Şamaxıda müraciətləri dinlədi 20 Sentyabr 2019, 17:20 “Azərişıq”Cənub regionunda yenidənqurma işlərini davam etdirir 20 Sentyabr 2019, 17:16