Modern.az

Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı - FOTO

Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı - FOTO

11 Sentyabr 2019, 09:57

Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığına start verir.

 

İdarənin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən oktyabr ayının 15-dək "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək:

 

"Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır".

Sizə yeni x var
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı