Modern.az

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada öldü

11 Sentyabr 2019, 19:54

Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sentyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Ədilə Quliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı