Modern.az

Mahir Emrelinin evindəki oğurluqla bağlı cinayət işi başlanıb

Mahir Emrelinin evindəki oğurluqla bağlı cinayət işi başlanıb

Aktual

12 Sentyabr 2019, 10:32

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.  

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, futbolçunun Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefonun oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq – yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü