Modern.az

Əhməd Davudoğlu AKP-dən istefa verdi

Əhməd Davudoğlu AKP-dən istefa verdi

Dünya

13 Sentyabr 2019, 13:04

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Davudoğlu istefa ilə bağlı qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.  

 

İstefa qərarı ilə bağlı açıqlama verən Davudoğlu bildirib ki, niyyətləri bölmək deyildi.

 

“AKP-nin və ölkəmizin gələcəyi ilə bağlı ümidsizliyi dağıtmağı hədəfləyirdik. Nə aşkarladıqlarımıza yalan deyildi, nə də çağırışlarımıza cavab verildi. Sözlərimiz açıq, tövsiyələrimiz səmimi idi.

Bizə çatdırılan səbəblər, AKP hakimiyyətinin yaşanan reallıqlardan qopduğunu ortaya qoyub. AKP bizi aralarından çıxarmaqla prosesinə girərək, aldığı qərarla 18 il əvvəl qurulan AKP-ni ləğv etdi”.

 

"İllərlə alın tərimizi verdiyimiz partiyamızdan istfa edirik. Əziz millətimiz, lövhələr müvəqqətidir, həyatatımızı anlamlı edən dəyərlər qalıcıdır. Biz bu dəyərlərin müdafiəçi olmağa davam edəcəyik"-  deyə Davudoğlu sözlərinə əlavə edib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir