Arxiv
14 Sentyabr 2019, 11:33 | AKTUAL
Türkiyəli zabitləri və müharibə veteranları DOST Agentliyində olub

Türkiyəli qonaqlar DOST Agentliyinin 1 saylı DOST mərkəzində pensiya, müavinət və təqaüdlər, məşğulluq, əmək münasibətləri, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar. Qonaqlara agentliyin və mərkəzin iş prinsipləri, eləcə də əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim sahələrində vətəndaşlara göstərilən bir pəncərə sisteminə əsaslanan xidmətlər barədə məlumat verilib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2025-ci ilə kimi 31 DOST mərkəzi açılacaq və bütün ölkə vətəndaşları bu xidmətlərlə əhatə olunacaq. 

 

Nazir S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə  və avtomobillə təminatı sahəsində mühüm addımlar atılır. Bu kateqoriyalardan olanlara dövlət vəsaiti hesabına mənzil və avtomobillər verilir. O əlavə edib ki, bu il müavinətlər və təqaüdlər 100 faizədək artırılıb. Ölkəmizdə bu kateqoriyadan olan vətəndaşları təmsil edən qeyri-hökümət təşkilatları ilə sıx əlaqələr yaradılıb.

Tədbirdə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin Bakını işğaldan azad etməsindən danışılıb, zəfər bayramının 101-ci ildönümü münasibətilə bir sıra tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.

 

Görüş zamanı qonaqlar Azərbaycanda müharibə əlillərinə, veteranlarına dövlətin yüksək səviyyədə qayğısının şahidi olduqlarını bildiriblər. Onları yüksək qonaqpərvərliklə qarşıladıqlarına görə minnətdarlıqlarını çatdırıblar.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakının bu rayonunda su kəsiləcək 27 May 2020, 10:45 HEYDƏR ƏLİYEV mədəniyyətimizin hamisi 27 May 2020, 10:33 Masallıda "Azərişıq" əməkdaşlarının güllələnməsinə görə cinayət işi AÇILDI 27 May 2020, 10:21 Kapital Bank POS terminal komissiyalarına endirim etdi 27 May 2020, 10:17 Gördüyüm yuxunu suya danışım… 27 May 2020, 10:05 Kamilə Əliyeva: "Ölkəmiz hər zaman yeniliklərə, müasir texnologiyalara açıq olub" 27 May 2020, 10:00 Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT 27 May 2020, 09:56 Ermənistan cəbhədə snayper tüfənglərini işə saldı 27 May 2020, 09:47 Əsas siyasi rəqibi Trampı “hərtərəfli axmaq” adlandırdı 27 May 2020, 09:39 Ermənistan ordusu Ağdamda yeni hərbi təlimlər keçirdi – VİDEO 27 May 2020, 09:25 Yazmağın ölüb-dirilmək əzabı... - “13 alqış işləmişəm, 14-cüyə gücüm çatmadı” - Xalq yazıçısı ilə MÜSAHİBƏ 27 May 2020, 09:22 Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub 27 May 2020, 09:06 ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi 27 May 2020, 08:58 ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu 27 May 2020, 08:37 ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü 27 May 2020, 02:38 Ermənistanda koronavirusun ikinci dalğası vəziyyəti ağırlaşdırıb 27 May 2020, 00:49 Tanınmış iş adamı dünyasını dəyişdi 27 May 2020, 00:38 Bu ölkənin qocalar evində 10 335 nəfər koronavirusdan ölüb 27 May 2020, 00:29 Daha bir ölkədə futbol çempionatına icazə verilir 27 May 2020, 00:13 Moskvada daha 73 koronavirus xəstəsi öldü 26 May 2020, 23:58 Bakıda evdən kişi meyiti tapıldı 26 May 2020, 23:44 Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO 26 May 2020, 23:29 Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi - FOTO 26 May 2020, 23:12 Bakıda “Jara” festivalı keçiriləcək - EMİNDƏN AÇIQLAMA 26 May 2020, 22:56 Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı 26 May 2020, 22:39 NİDA-çılar Milli Şuradan getdi 26 May 2020, 22:25 Tovuzda ağır qəza oldu 26 May 2020, 22:09 Metroda koronavirus belə yayılır - VİDEO 26 May 2020, 21:57 Türkiyədə koronavirusdan sutkalıq ölü sayı 28-dək azaldı 26 May 2020, 21:40 Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir 26 May 2020, 21:23 TƏBİB-dən korona ilə bağlı son məlumat 26 May 2020, 21:07 İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14