Modern.az

Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı

Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı

16 Sentyabr 2019, 21:42

Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oqtayın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vitse-prezident Fuad Oqtayı Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir