Arxiv
17 Sentyabr 2019, 14:56 | AKTUAL
Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-avqust aylarında  Azərbaycana dünyanın 190 ölkəsindən 2138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,5 faizi Türkiyə, 7,7 faizi İran, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,7 faizi İraq, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və Qazaxıstan, 1,4 faizi İsrail, 1,3 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edib.

 

Ölkəmizə yanvar-avqust aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (80,4 faiz), Misir (76,7 faiz), Çin (68,5 faiz), Hindistan (68,0 faiz), Filippin (44,3 faiz), Macarıstan (40,7 faiz), Səudiyyə Ərəbistanı (38,6 faiz), Polşa (32,0 faiz), İspaniya (29,4 faiz), Böyük Britaniya (27,9 faiz), Cənubi Koreya (25,8 faiz), Yaponiya (24,7 faiz), Gürcüstan (22,8 faiz) və Almaniya (22,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

 

Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  25,3 faiz artaraq 96,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq 788,8 min nəfər olub:

“Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9 faizi dəmir yolu və avtomobil, 41,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.                                                                                         

DSK-dan verilən məlumatda həmçinin qeyd olunub ki, 2019-cu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz artaraq 3729,2 min nəfər olub. Ölkə vətəndaşlarının 36,4 faizi İrana, 29,0 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,6 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1 faiz, Gürcüstana gedənlərin sayı 13,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,4 faiz, Türkiyəyə gedənlərin sayı isə 5,1 faiz artıb.

 

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,2 faizi dəmir yolu və avtomobil, 17,1 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Goranboyda fermer və sahibkarlarla birgə toplantı keçirilib   5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ və Britaniya Moskvaya qarşı yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 DİM kolleclərə qəbulla bağlı yeni model haqda məlumat yaydı 5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə məcburi köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Zakir Həsənov Hulusi Akara və  Yaşar Gülerə başsağlığı verdi 5 mart 2021, 08:30 Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər 5 mart 2021, 08:08 ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamaqdan imtina etdi 5 mart 2021, 01:00 ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edildi 5 mart 2021, 00:54 ABŞ-dan sunami xəbərdarlığı 5 mart 2021, 00:39 Helikopter qəzasında həlak olan general kimdir? - FOTO 5 mart 2021, 00:24 Paytaxtda motosiklet sürücüsü qəzada xəsarət aldı 5 mart 2021, 00:08 Bakıda muzdla işləyənlər 1000 manata yaxın əməkhaqqı alır? 4 mart 2021, 23:56 Ermənistanın Dövlət Mühafizə Xidməti Paşinyanın tabeçiliyinə keçir 4 mart 2021, 23:42 Ukraynada pandemiyanın üçüncü dalğası başlayıb 4 mart 2021, 23:28