Arxiv
18 Sentyabr 2019, 14:29 | AKTUAL
Ermənistanda vəziyyət DƏYİŞİR – “Paşinyanın rəqibləri revanşa hazırlaşır”.

“Ermənistanda bərqərar olan Nikol Paşinyan hökuməti dağılır”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib. O xatırladıb ki, bu həftə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan baş nazir Nikol Paşiyanın siyasətini tənqid edərək istefa verdi, üstündən heç tam bir gün keçməmiş Ermənistanın polis rəisi Valeriy Osipyanla hökumətin yolları ayrılır:

“Bu dəfə Paşinyan qabaqlayıcı addım ataraq, prezident Armen Sərkisyana müraciət edərək polis rəisinin istefaya göndərilməsi məsələsini qaldırıb.

Görünür, Valeriy Osipyan da Artur Vanesyan kimi Paşinyana qarşı demarşa hazırlaşırdı və bundan xəbər tutan baş nazir birinci addımı atmağa qərar verib. Çünki istefasıyla əlaqədar Artur Vanesyanın baş nazirə qarşı verdiyi açıqlamalar Ermənistanda əsas müzakirə predmetidir. Eyni sərt sözləri polis rəisi də istefa ərizəsiylə birgə yaza bilərdi. Bu isə rəsmən Paşinyan hökumətinin dağılmasının sürətlənməsi demək olacaqdı. Onsuz da polis rəisi istefadan sonra Paşinyan əleyhinə ürəyini boşaltmağa başlayacaq”.

 

Şahinoğlu qeyd edib ki, Ermənistanda sentyabrın 17-də baş nazirin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bununla əlaqədar İrəvanda iki şayiə yayılıb:

“Birinci şayiə budur ki, polis rəisinin istefası məsələsi Təhlükəsizlik Şurasında qaldırılıb. Ancaq Təhlükəsizlik Şurasında iştirak edən qurumun baş katibi Areq Koçinyan, o cümlədən parlamentin spikeri Ararat Mirzoyan və müdafiə naziri David Tonoyan toplantıda polis rəisinin istefası məsələsini müzakirə edilmədiyini bildiriblər.

Buna baxmayaraq, Nikol Paşinyan polis rəisini məhz Təhlükəsizlik Şurasının toplantısından dərhal sonra istefaya göndərməyə qərar verib. Demək bu ikisi arasında birbaşa əlaqə var. Böyük ehtimalla bu Paşinyan hökumətində sonuncu istefa deyil. İstefaların sayı artdıqca Paşinyanın mövqeləri zəifləyəcək. İstefalar isə onunla bağlıdır ki, məmurlar batmaqda olan gəmidə Paşinyanla çiyin-çiyinə dayanmaq istəmirlər. İstefa verənlər Rusiyadan da gərəkən siqanalları alıblar. İrəvanda ikinci şayiə budur ki, müdafiə naziri də istefaya hazırlaşır. Tonoyan hələ ki, bunu inkar edir. Ancaq Tonoyanın da Ermənistandakı mövcud duruma görə dərin düşüncə içində olduğunu istisna etmək olmaz”.

 

Ermənistan parlamentində aprel savaşının nəticələrini araşdıran komissiyanın var gücü ilə çalışdığını diqqətə çatdıran politoloqun sözlərinə görə, Müdafiə Nazirliyi aprel savaşı ilə bağlı gizli məlumatları komissiyaya göndərir:

“Komissiyanın işinin nəticəsi olaraq həbslərin olacağını müdafiə naziri Tonoyan istisna etməyib.

Paşinyan bu komissiyadan rəqiblərinə qarşı istifadə etməyi planlaşdırır, ancaq əldə ediləcək nəticələr baş nazirin özünün əleyhinə işləyəcək. Çünki rəqibləri arasında həbslərin sayı artıqca Paşinyana qarşı müqavimət də güclənəcək. İnqilabın əks-inqilabı olur, Paşinyanın rəqibləri revanşa hazırlaşırlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Gültəkin Hacıbəylinin Avropa İttifaqı və ABŞ diplomatı ilə telefon danışığı yayıldı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50