Arxiv
19 Sentyabr 2019, 11:19 | AKTUAL
Ədalət Muradov: “Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır”

“Kölgə iqtisadiyyatı problemi paradoksal səslənsə də bütövlükdə təhsil sisteminin məhsulu olan mütəxəssislər tərəfindən yaradılıb və eləcə də təhsil sisteminin məhsulu olan mütəxəsisslər tərəfindən həmin problem həll edilməyə çalışılır. Bu faktın özü təhsildə ziddiyətin olduğunu bir daha təsdiqləyir və göstərir ki, təhsil sistemi öz məzunlarına bilikdən başqa digər vacib keyfiyyətlərin də, mən deyərdim dəyərlərin aşılanmasında hələ də zəifdir”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkil etdiyi "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" adlı tədbirdə çıxışı zamanı deyib. 

 

Rektor fikirlərinə davam edib: 

 

“Rəqəmsal iqtisadiyyat və eləcə də bu gün müzakirə olunan gizli iqtisadiyyat baxımından ən vacib olan bir məqam. Əminəm ki, siz mənimlə razılaşacaqsınız. Bu təhsildə dəyər məsələsidir. Təsadüfi deyil ki, mən çıxışımı da təhsildə dəyərlərdən başladım. Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalı və onu təmin etmək yollarına daha çox diqqət ayırmalıdırlar.

Bəllidir ki, dəyərlərin güclə bərqərar edilməsi həmişə uğursuzluqla nəticələnir. İcazə verin Amazon şirkətinin rəhbəri Cef Bezosun 2010-cu ildə Prinstonda etdiyi çıxışdan bir tezislə öz çıxışımı tamamlayım. Onun çıxışı belə adlanır: “Bizi biz edən - seçimlərimizdir”.

Bezos çıxışını qəmli hekayə ilə başlayır. Bezos 10 yaşında baba və nənəsilə səyahətə çıxır. O, hesablayır ki, 2 dəqiqə siqaret çəkməsi nənəsinin ömrünü 9 il azaldır. Bu haqda o, nənəsinə deyəndə, nənəsi ağlayır. Babası maşını saxlayır və balaca Bezosa yumşaq formada deyir: “Nə vaxtsa sən başa düşəcəksən ki, xeyirxah olmaq ağıllı olmaqdan çətindir”.

Bu hadisəni danışan Bezos deyir: “Ağıl – istedaddır, xeyirxahlıq isə seçımdir. Istedadla bağlı hər şey bəllidir və sadədir, o, bizə, verilib. Seçim isə çox çətin ola bilər”.

Əminik ki, universitetlər bu əsas fərqi mənimsəməkdə öz tələbələrinə yardım etməlidirlər və onları həvəsləndirməlidirlər ki, tələbələr heç olmasa hərdən aglı yox, xeyirxahlığı seçsinlər. Düşünürəm ki, bu gün bu əsas vəzifədir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 27 May 2020, 16:23 Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib 27 May 2020, 16:16 Britaniyada hicablı müsəlman qadın hakim seçildi 27 May 2020, 15:57 Sərdar Cəlaloğludan ETİRAZ: “Elə bil mənim onlara borcum var, hər imkanı yaratmalıyam” 27 May 2020, 15:48 Jalə Əliyeva: "Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur" 27 May 2020, 15:34 Deputat: Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir 27 May 2020, 15:24 ABŞ-da son sutkada 18611 nəfər koronavirusa yoluxub 27 May 2020, 15:15 “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” 27 May 2020, 15:01 Masallıda koronavirusla bağlı SON VƏZİYYƏT: “Lənkəranla, Cəlilabadla müqayisədə...” 27 May 2020, 14:58 İranda daha 56 nəfər koronavirusdan ölüb 27 May 2020, 14:41 Azərbaycanda 170 min tondan çox ət istehsal edilib 27 May 2020, 14:37 Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq? 27 May 2020, 14:28 17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətiriləcək 27 May 2020, 14:18 BDU-nun şöbə müdiri vəfat edib 27 May 2020, 14:09 Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11 Azərbaycan nefti bahalaşıb 27 May 2020, 13:04 İordaniyanın Kralı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:54 Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır 27 May 2020, 12:44 Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40 Lənkəranda zəlzələ olub 27 May 2020, 12:39 Bakıda qəza yolda tıxaca səbəb oldu 27 May 2020, 12:28 Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi 27 May 2020, 12:21 Estoniyalı həmkarı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:08 Çingiz Qənizadə: "Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir" 27 May 2020, 11:55 Bakıda mənzildən qadın meyiti tapıldı 27 May 2020, 11:47 Azərbaycanın bu bölgəsində daha 4 nəfər koronavirusa YOLUXDU 27 May 2020, 11:32 Ermənistanda koronavirusa yoluxanların sayı artdı 27 May 2020, 11:25 Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib 27 May 2020, 11:07 Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti axtarışa verildi 27 May 2020, 10:58 Bakının bu rayonunda su kəsiləcək 27 May 2020, 10:45 HEYDƏR ƏLİYEV mədəniyyətimizin hamisi 27 May 2020, 10:33