Modern.az

Gürcüstanda 80 Azərbaycandilli, 117 ermənidilli məktəb fəaliyyət göstərir

Gürcüstanda 80 Azərbaycandilli, 117 ermənidilli məktəb fəaliyyət göstərir

Aktual

19 Sentyabr 2019, 14:47

Gürcüstanda 290-a yaxın məktəbdə tədris qeyri-gürcü - Azərbaycan, erməni və rus dillərində aparılır.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanını 2018-ci il üzrə insan haqları ilə bağlı parlament hesabatında bildirilib.

 

Sənədə əsasən, 208 məktəb tam qeyri-gürcü dilində fəaliyyət göstərir, 76 məktəbdə isə etnik azlıqların dilində bölmələr var.

 

Hesabatda qeyd olunub ki, ölkədə Azərbaycandilli 80, ermənidilli 117, rusdilli 11 məktəb fəaliyyət göstərir.

 

Gürcü-Azərbaycandilli bölmələrin sayı 31, gürcü-Azərbaycan-rusdilli bölmələrin sayı 1, Azərbaycan-erməndilli bölmələrin sayı 2, rus-Azərbaycandilli bölmələrin sayı isə 2 təşkil edir.

 

Milli azlıqların dillərində olan məktəblərdə 7741 pedaqoq müxtəlif fənlərdən dərs deyir. Azərbaycandilli məktəblərdə 3 411, ermənidilli məktəblərdə 2 985, rusdilli məktəblərdə 1372 müəllim çalışır.

 

Qeyri-gürcü dilli məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 51 144 nəfər olub ki, bunların da 25 018-i Azərbaycandilli məktəb və bölmələrin payına düşüb.Ermənidilli məktəb və bölmələrdə isə 13 240 nəfər təhsil alır.

 

Qeyd edək ki, qonşu ölkədə 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən azərbaycanlılar Gürcüstan əhalisinin 6,3%-ni (233 min nəfər), ermənilər isə 4,5%-ni (168,1 min nəfər) təşkil edir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü