Modern.az

İcra başçısı problemlərlə bağlı tapşırılar verdi

İcra başçısı problemlərlə bağlı tapşırılar verdi

20 Sentyabr 2019, 10:49

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Kürdəmir rayonunda keçirilib.

Alı Alıyev bildirib ki, bu cür görüşlər ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq keçirilir.

O, həmçinin sosial sahədə atılan uğurlu addımlarıdan danışıb. Bildirib ki, həqiqətən də, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.

Görüşdə Kürdəmir rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Görüş zamanı çıxış edən məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını, məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini bildiriblər. Məcburi köçkünlər, göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ən böyük arzuları işğal altında olan torpaqlarına, öz ata-baba yurdlarına qayıtmaqdır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi