Arxiv
20 Sentyabr 2019, 17:02 | AKTUAL
Kamal Abdulla Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 20-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, ADU-nun rektoru Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qarışılıqlı əlaqələrin yaradılması üçün göstərilən təşəbbüsü yüksək qiymətləndirib: 

 

“Hesab edirəm ki, Azərbaycan ali məktəbləri arasında bu cür münasibət qurmaq son dərəcə vacibdir. Biz də əl-ələ verib Azərbaycan naminə görülən işlərə öz töhfəmizi verməliyik. Mənə elə gəlir ki, həm bizim tələbələrimizin sizin müəllimlərin və mütəxəssislərin mühazirələrinə, məşğələlərinə, həm də Polis Akademiyasının tələbələrinin də bizim müəllimlərin məsləhətlərinə ehtiyacı var. Universitetimizdə bir sıra ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, biz onların yalnız burada yaradılması ilə kifayətlənmək istəmədik. Yaradılan mərkəzin işi həmin ölkənin mədəniyyəti, dili, tarixini burada təbliğ etməkdir. Bu istiqamətdə tələbə qəbul olunur, cürbəcür tədbirlər keçirilir. Hazırda bizim məqsədimiz həmin ölkələrdə də Azərbaycan mədəniyyətinin təbliğini təşkil etməkdir. Yəni, güzgü kimi bir-birinin əksi olmalıdır. Bu, artıq öz bəhrəsini verir. Serbiyanın Belqrad Universitetində, Hindistanda, Çində, Rusiyada, Gürcüstanda Azərbaycan dili və mədəniyyəti mərkəzləri var. Digər ölkələrlə də danışıq prosesləri gedir. Yəni, bu, bizim onlardan xahişimizdir, onlar da böyük məmnuniyyətlə bunu həyata keçirirlər. Əsas məsələ odur ki, onların bu gün Azərbaycanı öyrənməyə həvəsləri, maraqları var. Bu da Azərbaycanın bugünkü durumunun, inkişafının, ölkə Prezidentinin apardığı siyasətin, polis işçilərinin Azərbaycanda olan bu rifahın keşiyində doğru-düzgün, mətinliklə durmasının nəticəsidir. Ona görə də mən güman edirəm ki, sizin xarici dil həvəsinizi və arzunuzu yerinə yetirmək işində sizə köməklik göstərə bilərik, sizin mütəxəssislərin universitetimizdə vaxtaşırı mühazirə oxumaqlarını təşkil edə bilərik. Mənə elə gəlir ki, ideyalarımız bir-birini tamamlayacaq”.

 

Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev səmimi qəbula görə təşəkkürünü bildirib. N.Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib: “Bu gün ölkə başçımız da öz çıxışlarında deyir ki, ictimai sabitliyin olmadığı yerdə iqtisadi inkişafdan söhbət gedə bilməz. Azərbaycanda bugünkü sabitliyi qoruyan hüquq-mühafizə orqanlarının ən fəalı polisdir. Ona görə də biz yalnız elmə malik məzun yox, Azərbaycan vətəndaşına xidmət edəcək, dövlətimizi, gələcəyimizi, doğmalarımızı qoruyacaq mütəxəssislər yetişdiririk. Bu gün Azərbaycanın bütün regionlarında beynəlxalq tədbirlər keçirilir, xarici qonaqlar səfər edir. Dil biliyi ünsiyyət zamanı mütləq lazımdır. Biz də qarşımıza məqsəd qoyduq ki, hər bir məzunumuz ingilis dilini bilməlidir. Ona görə də sizinlə əməkdaşlıq etmək qərarına gəldik”.

 

Görüşdə gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadilələri aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəkidə “Xaş-xaş” əməliyyatı - 1 ton narkotik məhv edildi 25 May 2020, 12:15 Ordumuzun təlimləri başa çatdı 25 May 2020, 12:06 AZAL uçuşları nə zaman bərpa edəcək? 25 May 2020, 12:00 Ermənistanda ŞOK - Bir gündə 452 nəfər koronavirusa yoluxdu 25 May 2020, 11:46 “İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39 Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı 25 May 2020, 11:30 “Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar” 25 May 2020, 11:29 İt dişləyən kişi quduzluqdan öldü 25 May 2020, 11:19 “Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir” - Səməd Tomuyev 25 May 2020, 11:15 Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52 Qazaxıstan bütün hava limanlarını açır 25 May 2020, 09:47 Cəbhədə silhalar susmur - Rayonlarımız atəşə tutuldu 25 May 2020, 09:31 Bu Avropa ölkəsi koronavirusdan qurtuldu 25 May 2020, 09:23 Kiyevdə də metro açıldı 25 May 2020, 09:15 “Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ 25 May 2020, 09:12 Koronavirusa yoluxanların sayı 5 milyon yarımı ötdü 25 May 2020, 09:03 İtaliya çempionatı bu tarixdə bərpa olunacaq 25 May 2020, 08:57 Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58