Modern.az

Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb

Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb

21 Sentyabr 2019, 00:46

Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Təhlə kəndində qeydə alınıb.

Kənd sakini - 1978-ci il təvəllüdlü Həsənov Hafiz Əli oğlu yaşadığı evin qarşısında döyülərək başından ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, rayonun Qaradəmirçi kənd sakini - 1989-cu il təvəllüdlü Musayev Vüsal Sabir oğlu Təhlə kəndinə gələrək H.Həsənovla mübahisə edib. Mübahisə nəticəsində V.Musayev H.Həsənovu döyərək başına küt alətlə zərbələr endirib.

Faktla bağlı cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi