Modern.az

Azərbaycanda payız başladı

Azərbaycanda payız başladı

Aktual

23 Sentyabr 2019, 12:14

Azərbaycanda payız fəsli bu gün - sentyabrın 23-də saat 11:50-dən başlayıb. Bu barədə Modern.az-a Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Rəsədxananın məlumatına görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verib. Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq.

Rəsədxanadan o bildirilib ki, dekabrın 22-də 08:19-da isə Azərbaycana qış fəsli qədəm qoyacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür