Arxiv
23 Sentyabr 2019, 10:37 | AKTUAL
Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO

Qarabağ Azərbaycanındır! İşğala Son Qoy! - Los Ancelesdə

 

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan 22 sentyabrda Los Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib. Xatırladaq ki, yarım milyonadək erməninin yaşadığı Los Anceles vilayəti ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir.

 

Modern.az xəbər verir ki, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

 

Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

 

Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev səfər ərəfəsində Los Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin, N.Paşinyanın Los Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ABŞ-ın ən böyük yəhudi qəzeti olan, Los Ancelesdə nəşr olunan Jewish Journal qəzetində, həmçinin NewzBlaze qəzetində müvafiq məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların milli qəhrəman elan olunduğu, anti-semitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.

 

Təyyarə şüarının və rəqəmsal plakatların qısa videosuna burada baxmaq olar: 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusu müalicə edən həkim də öldü 18 Fevral 2020, 00:43 Cinayətkar qrupunun silahlıları saxlanılıb 18 Fevral 2020, 00:29 Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır 18 Fevral 2020, 00:13 Bakıda qayınata və kürəkən bıçaqlanıb 17 Fevral 2020, 23:58 Rusiyanın bu bölgəsinə Azərbaycandan təyyarələrlə pomidor daşınır 17 Fevral 2020, 23:43 Türkiyə və Rusiya diplomatları danışıqlara sabah davam edəcək 17 Fevral 2020, 23:26 Azərbaycan alimləri İsveçrədə beynəlxalq elmi konfransa qatılıb 17 Fevral 2020, 23:08 Hacıqabulda avtomobil dirəyə çırpıldı: xəsarət alan var 17 Fevral 2020, 22:53 Azərbaycanlı köçkünlərin problemi Beynəlxalq Konfransda qaldırıldı 17 Fevral 2020, 22:37 Karib dənizində təyyarə qəzaya uğradı 17 Fevral 2020, 22:21 25 ölkədə 694 nəfər koronavirusa yoluxdu 17 Fevral 2020, 22:06 Bakıda dəhşətli qəza ölümlə nəticələndi 17 Fevral 2020, 21:49 İdxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələr artırılıb 17 Fevral 2020, 21:33 "İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev 17 Fevral 2020, 21:17 Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib 17 Fevral 2020, 21:06 Avropa İttifaqı Suriyaya qarşı sanksiyalarını genişləndirib 17 Fevral 2020, 20:56 Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİ 17 Fevral 2020, 20:46 Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi 17 Fevral 2020, 20:33 Gömrükdə 6000 ədəd "King" markalı siqaret aşkarlandı 17 Fevral 2020, 20:17 Lənkəranda bank ofisində tüstülənmə 17 Fevral 2020, 20:04 “Şahdəniz” qazının ixracı 15% artıb 17 Fevral 2020, 19:56 Təhsil Nazirliyi tender elan etdi 17 Fevral 2020, 19:45 Məşhur teleaparıcı intihar edib 17 Fevral 2020, 19:34 Səfər Mehdiyev müşavirə keçirdi - FOTOLAR 17 Fevral 2020, 19:24 Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTO 17 Fevral 2020, 19:16 Peşə məktəblərinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirildi 17 Fevral 2020, 19:08 Yolu keçən piyadanı avtomobil vurub öldürdü   17 Fevral 2020, 18:59 Azərbaycanda cinayət törədən qadınların sayı artıb  17 Fevral 2020, 18:50 Dövlət büdcəsində 418 milyon manat qalıq YARANDI 17 Fevral 2020, 18:43 Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq? 17 Fevral 2020, 18:34 Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək - RƏSMİ 17 Fevral 2020, 18:26 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ 17 Fevral 2020, 18:18 Elmar Məmmədyarov Aİ-nin ticarət üzrə komissarı ilə görüşüb 17 Fevral 2020, 18:14 İlham Əliyev-Nikol Paşinyan debatında diqqətdən qaçan MƏQAM 17 Fevral 2020, 18:06 BMU-da pedaqoji təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib 17 Fevral 2020, 18:00