Arxiv
23 Sentyabr 2019, 12:32 | AKTUAL
“Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib

19-20 Sentyabr tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda  “Avropa İrs Günləri” layihəsinə həsr olunmuş tədbirlər keçirilib.

 

Modern.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 20 Sentyabrda Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda keçirilib. Tədbirdə ilk öncə qoruğun direktoru Musa Mursaquliyev tədbiri açıq elan edərək qonaqları salamlamış, günün mahiyyəti haqqında ətraflı məlumat verib. Ağstafa rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Eyyubova çıxış edərək Keşikçidağ mağaralar kompleksinin mədəni irs nümunələri haqqında təəssüratlarını bölüşüb. Daha sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov çıxış edərək belə tədbirlərin keçirilməsinin önəmini vurğulanıb. 

 

Tədbirin bədii hissəsində isə Azərbaycanın dahi şairi Səməd Vurğunun Keşikçidağla bağlı “Rahibə qız və çoban” adlı rəvayəti aşığın müşayiəti ilə tədbir iştirakçılarına danışılmış, sıldırım qayalar üzərində musiqi alətləri tərəfindən musiqi nömrələri və milli geyimli rəqqaslar tərəfindən müxtəlif rəqslər ifa edilmiş, ərazidə at yarışı təşkil edilmiş, milli mətbəximizin ləziz təamlarından olan göy qutabı və samovar çayı hazırlanaraq iştirakçılara təqdim edilib. Bunlardan əlavə, qoruq ərazisindən tapılmış maddi-mədəniyyət nümunələrindən ibarət pavilyon qurulmuş, buklet və flayerlər tədbir iştirakçılarına paylanılıb.

 

Layihə çərçivəsində ziyarətçilərin qoruğa girişi ödənişsiz olub. 

 

Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İrs Günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir. Hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qobustan Milli Tarix-Bədii Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksində də geniş qeyd olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağdakı ağır qəzada "BMW" yandı 5 İyun 2020, 01:02 Bakıda ad günü mərasimində karantin qaydaları pozuldu - VİDEO   5 İyun 2020, 00:54 Lotu Qulinin düşməni sabah azadlığa çıxır 5 İyun 2020, 00:46 Fransada 29 mindən artıq insan COVİD-19-un qurbanı oldu 5 İyun 2020, 00:36 İtaliya Kubokunda final matçının vaxtı açıqlandı 5 İyun 2020, 00:24 Emin Ağalarov koronaya yoluxub - Özü təsdiqlədi 5 İyun 2020, 00:06 Bakıda gənc özünü hərəkətdə olan avtomobildən yola atdı 4 İyun 2020, 23:48 Bakıda ər arvadını bıçaqlayıb 4 İyun 2020, 23:37 Azərbaycanla Serbiya münasibətləri müzakirə olundu 4 İyun 2020, 23:19 Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən işləyəcək 4 İyun 2020, 23:07 Müxalifət kütləvi etirazlara hazırlaşır 4 İyun 2020, 22:53 Bakıda tələbə qız intihar etdi 4 İyun 2020, 22:38 Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü 4 İyun 2020, 22:22 Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir 4 İyun 2020, 22:08 “Ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur” - Prezident 4 İyun 2020, 21:45 Azərbaycanda rekord sayda COVID-19 testi aparıldı - FOTO 4 İyun 2020, 21:34 “Bugünkü könüllülər sabahın rəhbərləridir” - İlham Əliyev 4 İyun 2020, 21:24 “4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO 4 İyun 2020, 21:12 Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi 4 İyun 2020, 20:59 “Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat 4 İyun 2020, 20:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 4 İyun 2020, 20:35 “Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat 4 İyun 2020, 20:27 Sumqayıtda 29 yaşlı qadın itkin düşüb - FOTO 4 İyun 2020, 20:17 Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ 4 İyun 2020, 20:01 Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı - RƏSMİ 4 İyun 2020, 19:59 Kann festivalının seçimi üçün saxılanılan filmlərin siyahısı açıqlanıb 4 İyun 2020, 19:47 Prezident Türkiyə vətəndaşını “Dostluq” ordeni ilə təltif etdi 4 İyun 2020, 19:36 DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI 4 İyun 2020, 19:23 Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO 4 İyun 2020, 19:16 Sərnişinlərin nəzərinə - Metro 2 gün işləməyəcək 4 İyun 2020, 19:09 Dövlət Miqrasiya Agentliyinin səlahiyyətləri məhdudlaşdırıldı 4 İyun 2020, 19:02 Bakı Nəqliyyat Agentliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA 4 İyun 2020, 18:58 Azercell “Telegram Bot” xidmətini təqdim edib 4 İyun 2020, 18:47 Bakıya “baqaj”da keçmək istəyən sərnişin və sürücü həbs edildi - FOTO 4 İyun 2020, 18:36 TƏBİB-dən tibb müəssisələrinə: Xəstələr bir gün əvvəldən qəbul edilsin 4 İyun 2020, 18:28