Modern.az

Azərbaycan Səudiyyə Ərəbistanı ilə 8 yeni saziş üzərində işləyir

Azərbaycan Səudiyyə Ərəbistanı ilə 8 yeni saziş üzərində işləyir

23 Sentyabr 2019, 20:46

Azərbaycan və Səudiyyə Ərəbistanı 8 yeni sazişin imzalanması üzərində işləyir.

Modern.az  "Trend"ə istinadən  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunan tədbirdə maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifov bildirib: "Bu günə qədər iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində 20 sənəd imzalanıb, tərəflər 8 yeni sənəd üzərində işləyirlər".

Daha sonra nazir qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yaxın münasibətlər mövcuddur.

"1991-ci il 30 dekabrda Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu. 1992-ci ilin fevralında iki ölkə arasında diplomatik əlaqələr quruldu".

S.Şərifov qeyd edib ki, ölkələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər:

"Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Azərbaycan Səudiyyə Ərəbistanının bu məsələdəki prinsipial mövqeyini yüksək qiymətləndirir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir