Arxiv
24 Sentyabr 2019, 10:01 | AKTUAL
Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

 

Kapital Bank 23-26 sentyabr tarixlərində Londonda keçirilən ənənəvi SIBOS – 2019 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir.

 

Modern.az xəbər verir ki, tədbirə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

 

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutlarıdan gələn 10000-dən çox iştirakçı təmsil olunur. Bu il SIBOS konfransında müzakirə olunan mövzular əsasən maliyyə qurumlarının üzləşdiyi məsələlər - dəyişkən rəqabət mənzərəsi, gözlənilməz geosiyasi təzyiqlər, artan tənzimləmə və texnoloji dəyişikliklər və sürətli hərəkət edən informasiya təhlükəsizliyi təhdidləri də daxil olmaqla müxtəlif yeni çağırışlar ətrafında təşkil olunacaq. 

 

“SIBOS 2019 konfransının proqramı mərkəzləşmiş, müasir rəqəmsal texnologiyalar, açıq bankçılıq, qlobal texnoloji trendlər, ödənişlər üçün ISO20022 standartları ilə əlaqəli mövzuları əhatə edir. Qlobal miqyasda maliyyə xidmətləri göstərən iri bankların professional mütəxəssisləri  maliyyə sektorunda gündəmdə olan məsələlər, o cümlədən kiber təhlükəsizlik, ödəniş sistemlərinin və beynəlxalq ticarətin transformasiyası, birbaşa tənzimləmə və tövsiyyələrə əsaslanan tənzimləmə arasında tarazlığın saxlanılması və digər mövzular ətrafında çıxışlar edirlər. Dünyanın müxtəlif ölkələrindən gələn bank nümayəndələri ilə təşkil olunan görüşlərdə biz də, Kapital Bank olaraq icra etdiyimiz layihələrimiz barədə məlumat verdik və müxtəlif əməkdaşlıq imkanlarını müzakirə etdik. Belə bir beynəlxalq əhəmiyyətli tədbirdə iştirak, qlobal maliyyə sahəsində baş verən dəyişikliklərə hazırlıq baxımından, bankımızın müasir texnoloji transformasiyalara daha çevik uyğunlaşmasına və strateji əhəmiyyətli rəqəmsal transformasiya layihəmizin uğurla icrasına töhfələr verəcəkdir.”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

 

Qeyd edək ki, SİBOS sərgisi ən böyük qlobal tədbir olaraq, SWIFT tərəfindən maliyyə sektoru üçün təşkil etdiyi illik konfrans, sərgi və əməkdaşlıq tədbiridir. Kapital Bank bu tədbirdə bir sıra beynəlxalq maliyyə institutları və fintech şirkətləri ilə ikitərəfli görüşlərin keçirəcəyini planlaşdırır. 

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50 Conson Avropa İttifaqından xahiş etdi 20 Oktyabr 2019, 09:27 Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 20 Oktyabr 2019, 09:14 Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15 Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30