Arxiv
30 Sentyabr 2019, 09:20 | ÖLKƏ
Bu çağırışçılar boy və çəkiyə görə əsgər aparılmır - Sabahdan çağırış başlayır

Ölkə başçısının sərəncamına əsasən,  sabahdan - oktyabrın 1-dən Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Proses oktyabrın 30-dək davam edəcək.
Oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar sentyabrın 24-də Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar. 

Belə ki, müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edirlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Sentyabrın 24-dən vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, çağırışa cəlb olunan gənclər hərbi həkim komissiyalarında ixtisaslı mütəxəssislər tərəfindən müvafiq təlimata əsasən yoxlanılır, səhhəti ilə bağlı əlavə müayinəyə ehtiyacı olanların ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinəsinin təşkili təmin olunur.

Dövlət Xidmətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər çağırış komissiyalarının qərarı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15-ci maddəsinə əsasən 
müəyyənləşdirilir.

“Qanunun 15.1. maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.

Bundan əlavə 15.2. maddəyə əsasən, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir:

15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında;
15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;
15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti 
yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;
15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə 
məhdud yararlılıq haqqında;
15.2.5. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə 
yararsızlıq haqqında”.


Dövlət Xidmətindən onu da bildiriblər ki, çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərilərkən hərbi xidmətə yararlılığı və məhdudiyyəti Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən müəyyən edilir.


“Qeyd edək ki, çağırışçıların antropometrik göstəricilərinə (boy, çəki) əsasən, hərbi xidmətə yararlılığı həmin Əsasnamənin 13-cü maddəsində öz əksini tapıb”.

Həmin maddədə bildirilir:

“Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin kəmiyyətinin boyun metrlə ifadə olunmuş kəmiyyətinin kvadratına bölünməsi ilə təyin edilən bədən çəkisi indeksindən (BÇİ=bədən çəkisi (kq) : boyun kəmiyyətinin (m-lə) kvadratı) istifadə olunur. Bədən çəkisinin indeksi (BÇİ) 18—25 yaşlı şəxslər üçün normada 19,5—22,9; zəif qidalanma üçün—18,5—19,4; hipotrofiya olanda 18,5-dan az; I dərəcəli piylənmədə 27,5—29,9; II dərəcəli piylənmədə 30,0—34,9; III dərəcəli piylənmədə 35,0—39,9; IV dərəcəli piylənmədə isə 40,0 və çox sayılır. 26—45 yaşlı şəxslər üçün normada 20,0—25,9; zəyif qidalanma üçün 19,0—19,9; hipotrofiya olanda 19,0-dan az; I dərəcəli piylənmədə 28,0—30,9; II dərəcəli piylənmədə 31,0—35,9; III dərəcəli piylənmədə 36,0—40,9; IV dərəcəli piylənmədə isə 41,0 və çox sayılır.
Normada və qidalanma pozulmalarında boy və bədən çəkisi kəmiyyətlərinin nisbəti 1 nömrəli cədvəldə («Bədən çəkisinin və boyun normada və qidalanma pozuntularında nisbəti») verilmişdir".
(Əsasnaməyə görə, 1 nömrəli cədvəl dərc olunmur).


Son dövrlərdə çağırışçılar arasında xəstəliklərin artması və ya azalması məsələsi ilə bağlı məlumatların verilməsinə gəldikdə, Dövlət Xidməti bunu məqsədəmüvafiq hesab edilməyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50 Conson Avropa İttifaqından xahiş etdi 20 Oktyabr 2019, 09:27 Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 20 Oktyabr 2019, 09:14 Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15