Arxiv
30 Sentyabr 2019, 16:31 | İQTİSADİYYAT
Bu ölkələrin Azərbaycana dövlət borcu var - SİYAHI

Maliyyə Nazirliyi mütəmadi olaraq Azərbaycanın xarici dövlət  borcu barədə məlumatları açıqlayır. Açıqlanan sonuncu məlumata görə, 1 yanvar 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8,927.1 milyon ABŞ dolları (15,176.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faiz (2018-ci il üçün hesablanmış 79,797.30 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Maraqlıdır, bəs Azərbaycana borclu olan dövlətlər hansılardır?

Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, hazırda Serbiya, Belarus və Gürcüstanın Azərbaycan Respublikası Hökuməti tərəfindən verilmiş kreditlər üzrə borc öhdəliyi var:

“Bakı-Tibilisi-Qars dəmir yolu çəkilərkən, qonşu ölkəyə 200 milyon dollar ilk 10 il üçün faizsiz, növbəti 10 il üçün çox aşağı faizlə kreditə verilib. Bu, Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin tikilməsi üçün nəzərdə tutulmuş kredit xəttidir. Bundan başqa, Azərbaycan Balkan ölkələrinə, o cümlədən Serbiya və Monteneqraya, həmçinin Belarusa kredit verib. Bu ölkələrin sayı çox deyil. Kredit xətləri açılarkən, şərtlər qoyulub ki, o kreditlərdən həmin ölkə əraizsində istifadə edərkən, Azərbaycan şirkətləri cəlb olunsun. Məhz bu şərtlər daxilində Gürcüstanda, Balkan ölkələrində ifrastrukturun qurulmasında Azərbaycan şirkətləri həmin kredit vəsaitlərinin xərclənməsinə cəlb olunublar. Xarici praktikaya əsaslansaq, bu cür əməkdaşlıqlar da çox normal sayılır”.


Ekspert bildirib ki, Azərbaycana borclu olanlar arasında böyük dövlətlər yoxdur:


“Ola bilər ki, Azərbaycanın borc kağızlarını hansısa ölkənin vətəndaşı alsın. Amma bu da az məbləğ olduğu üçün dövlətlər səviyyəsində deyil”.

 

Qeyd edək ki, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlərdən 2019-cu ildə dövlət büdcəsinə 69 milyon 148 min manat daxil olacağı proqnozlaşdırılıb.

Hazırda Serbiya, Belarus və Gürcüstanın Azərbaycan Respublikası Hökuməti tərəfindən verilmiş kreditlər üzrə borc öhdəliyi var. 1 iyul 2018-ci il tarixinə Serbiyanın 234 milyon 418 min avro, Belarusun 30 milyon 771 min ABŞ dolları, Gürcüstanın isə 8 milyon 346 min ABŞ dolları məbləğində Azərbaycan Hökumətinə qalıq borcu mövcud olub.

Proqnozlara görə, xarici dövlətlər Azərbaycana olan borclarını ödəməkdə davam edəcəklər və 2022-ci ilə qədər bu aşağıdakı həcmdə olacaq: 2020-ci ildə 67 milyon 594 min manat, 2021-ci ildə 65 milyon 348 min manat və 2022-ci ildə 62 milyon 631 min manat. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57 Rusiya televiziyası İlham Əliyevin tələbə biletini nümayiş etdirdi - FOTO 22 Oktyabr 2019, 22:34 "Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb"  - ŞƏRH 22 Oktyabr 2019, 22:19 Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO 22 Oktyabr 2019, 21:59 "Qarabağ" - APOEL matçına 25 min bilet satılıb 22 Oktyabr 2019, 21:41 Qarabağ əlilləri, veteranları və şəhid ailələrindən Prezidentə DƏSTƏK 22 Oktyabr 2019, 21:33 “Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış 22 Oktyabr 2019, 21:18 Müdirlərə qadın katibə rəsmən qadağan olundu 22 Oktyabr 2019, 21:01 Bələdiyyə sədri həbs edildi 22 Oktyabr 2019, 20:44 Prezidentdən Baş Nazirin yeni müavininə TAPŞIRIQ: “İnhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır” 22 Oktyabr 2019, 20:28 ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur”  22 Oktyabr 2019, 20:16 Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20