Modern.az

Paşinyan Qarabağa görə Ruhaniyə təşəkkür etdi

Paşinyan Qarabağa görə Ruhaniyə təşəkkür etdi

1 Oktyabr 2019, 13:12

Yerevanda Ermənistan baş naziri Nikol Paşinyanla İran lideri Həsən Ruahni arasında görüş keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

 

Həsən Ruhani ölkəsinin Yerevana qaz tədarükünü artırmağa hazır olduğunu da vurğulayıb. Bunun qarşılığında İran elektrik enerjisi almağı düşünür.

Tərəflər bir sıra dondurulmuş layihələrin bərpasını müzakirə ediblər.

 

Sonda Nikol Paşinyan İran liderinə Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin tutduğu “tarazlaşdırılmış” siyasətə görə minnətdarlıq edib.   

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir