Arxiv
3 Oktyabr 2019, 08:22 | MƏDƏNİYYƏT
Mahnı bəstələyən, şeir, roman yazan məmurlar, deputatlar - MARAQLI

Sosial şəbəkələrdə Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov tərəfindən yazıldığı iddia olunan şeirlər yayılıb. Sabiq "nəqliyyat şefi"nin Ziya Hafiz imzasıyla ədəbi yaradıcılığa başladığı qeyd edilib.
Ancaq sabiq nazir şeirlərin ona aid olmasını təkzib edib. Z. Məmmədov ömrü boyu şeir yazmadığını açıqlayıb.  

Ziya Məmmədov haqqında çıxan məlumatlar hər nə qədər təsdiqini tapmasa da, Azərbaycanda məmurların ədəbi yaradıcılıqla məşğul olması yeni xəbər deyil.
Nazirlər, deputatlar, eks-məmurlar arasında siyasi və idarəçilik fəaliyyəti ilə paralel, ədəbi yaradıcılıqla da məşğul olanlar az deyil.  

 

Modern.az ədəbi yaradıcılıqla məşğul olan məmurların bir qismini təqdim edir:


Siyahımıza ilk olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan başlayaq. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. O, mahnılarını "Kamal" imzası ilə bəstələyir, hətta bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi "Nigaranam" mahnısı bunlardan ən məşhurudur. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb.

 

Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi Polad Bülbüloğlu siyasəti və incəsənəti birlikdə daşıyan tanınmışlardandır. Hazırda Azərbaycanın Rusiyadakı səfiri olan Polad Bülbüloğlu Azərbaycanın və Türkmənistanın Xalq artisti adlarını alıb.


Sabiq deputat, bir neçə gün öncə məhkəmənin hokum ilə 6 il azadlıqdan məhrum edilən Hüseyn Abdullayev də bəstəkardır. Onun bəstələri Zakir Əliyev, “Şeron” qrupu, Aygün Bəylər, Eyyub Yaqubov, Röya Ayxan, Zülfiyyə Xanbabayeva və s. müğənnilər tərəfindən ifa edilib. “Həyat davam edir”, “İnstrumental musiqi”, “Mənim ölkəm”, “Dörd fəsil”, “Dostum”, “Xatirələr”, “Tarixin sınağı” kimi mahnıların müəllifi məhz Hüseyn Abdullayevdir. Həmçinin Zakir Əliyevin ifasında “Vətən həsrəti”, Aygün Bəylərin ifasında “Ana”, Eyyub Yaqubovun ifasında “Nədən”, Röya Ayxanın ifasında “Sənə görə”, “Şeron” qrupunun ifasında “Bu da keçər”, Röyanın “Səninəm”, Zülfiyə Xanbabayevanın “Səninlə” adlı musiqiləri də Hüseyn Abdullayevə məxsusdur.

 

Milli Məclisin deputatlarından bir çoxunu şeirləri, ədəbi, bədii yaradıcılığı ilə tanıyırıq.

Deputat Qənirə Paşayeva ədəbi yaradıcılıqla məşğul olur. Hətta bir neçə il əvvəl müğənni Elza Seyidcahanın deputatın şeirlərinə musiqi bəstələməsi müzakirələrə səbəb olmuşdu. Qənirə xanımın indiyə qədər bir neçə kitabı da dərc edilib.


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat  Novruzəli Aslanov isə Novruz Aslan imzası ilə həm də bəstəkar olaraq tanınır. O, xeyli sevilən mahnının müəllifidir.

 

Milli Məclisin üzvü Musa Quliyev də siyasətdən kənar məşğuliyyəti ilə maraqlı deputatlar siyahısındadır. Musa Quliyev ixtisasca həkimdir, siyasətlə yanaşı, Musa Urud təxəllüsü ilə şeirlər də yazır. O, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan çox ədəbi, bədii kitabın müəllifidir.

 

Qarabağ müharibəsindən bəhs edən “Dolu” romanı ilə daha da məşhurlaşan deputat Aqil Abbas da ədəbi yaradıcılığı siyasətlə paralel yürüdən millət vəkillərindən biridir. O, ixtisasca jurnalist olduğuna görə, yazı-pozu məkanında öz sözünü demiş şəxslərdəndir. Aqil Abbasın nəsr əsərlərinin daha çox adı çəkilir.


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovdan da bəhs edək. Gözəl şeirlərin müəllifi olan C. Qurbanov bu fəaliyyəti üçün həmkarlarının da təqdirini qazanıb. O, ustad Aşıq Şəmşirin nəvəsidir.


Bakı Metropoliteninin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının rəhbəri Tağı Əhmədovun ədəbiyyat həvəskarı, şeir yazması barədə bəziləri məlumatlıdır.
Qeyd edək ki, Tağı Əhmədov “Tağı Sadiq” imzası ilə şeirlər yazır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb, məşhurlaşıb...

2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri tarzən Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom-disklər buraxılıb.
Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur.
Musiqi sahəsinin bəzi simaları Tağı Sadiqi incəsənətin yaxın dostu, himayədarı, nəğməkar şair adlandırırlar. Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34 “Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24 Ermənistanda yaşayış binası çökdü 17 Oktyabr 2019, 19:09 Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu 17 Oktyabr 2019, 18:55 Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü 17 Oktyabr 2019, 18:41 Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO 17 Oktyabr 2019, 18:30 Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT 17 Oktyabr 2019, 18:20 Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR 17 Oktyabr 2019, 18:19 65 xarici jurnalist 3 gün Azərbaycanda – FOTOLAR 17 Oktyabr 2019, 18:17 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir   17 Oktyabr 2019, 17:56 “Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ 17 Oktyabr 2019, 17:54 Zakir Həsənov Pekinə gedəcək 17 Oktyabr 2019, 17:53 Bakıda rəisin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxunub 17 Oktyabr 2019, 17:41 Manat sabah bu məzənnədə olacaq 17 Oktyabr 2019, 17:39 İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir” 17 Oktyabr 2019, 17:24 Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ 17 Oktyabr 2019, 17:20 Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir 17 Oktyabr 2019, 17:15 İlham Əliyevdən çoxmənzilli binaların lift təsərrüfatı ilə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 17:12 Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu 17 Oktyabr 2019, 17:10 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur 17 Oktyabr 2019, 17:10 Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı 17 Oktyabr 2019, 17:06 Sabah bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək 17 Oktyabr 2019, 17:01 Prezident Saleh Məmmədovu qəbuluna çağırdı: “Belə də davam edin!” 17 Oktyabr 2019, 17:00 Mariya Zaxarova rəsmi Bakının etiraz notasına REAKSİYA VERDİ 17 Oktyabr 2019, 16:59 Elina Hacıyevanın anasından Prezidentə MÜRACİƏT 17 Oktyabr 2019, 16:56 Rektor əmr İMZALADI - Universitet müəllimlərinin maaşı 25 faiz artdı 17 Oktyabr 2019, 16:51 Hulusi Akardan şok AÇIQLAMA: “Terrorçular kimyəvi silahdan istifadə edib günahı üzərimizə atmağa çalışır" 17 Oktyabr 2019, 16:49 Prezidentdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 16:41 Putin şəxsən “İsgəndər” raketlərinin sınağını keçirdi 17 Oktyabr 2019, 16:36 Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin rəhbəri HƏBS edildi 17 Oktyabr 2019, 16:33 Zakir Həsənov həmsədrlərlə müzakirə apardı 17 Oktyabr 2019, 16:28 Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd olundu   17 Oktyabr 2019, 16:20 “Biznesdə məmur sahibkarlığı aradan qaldırılsın!” - Deputatdan 8 TƏKLİF 17 Oktyabr 2019, 16:15 “Azərişıq” 9 yaşlı Zəhranın xərclərini qarşılayacaq? - AÇIQLAMA 17 Oktyabr 2019, 15:51